26 Mart 2020 20:26
569
DÜNYA
A- A+

İspaniyada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötüb

 
İspaniyada COVID-19 koronavirusu qurbanlarının sayı 4 min nəfəri ötüb, ötən sutka ərzində 655 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Martın 26-na olan məlumata görə, aşkar edilən yoluxma halları 56 min 188-ə çatıb. Ötən gün daha 8,5 min nəfərə COVID-19 diaqnozu qoyulub, həyatını itirənlərin ümumi sayı 4089 nəfərə çatıb. 3,7 min pasiyentin vəziyyəti ağırdır, 7 mindən bir qədər çox xəstə isə sağalıb.

Hazırda ən ağır vəziyyət paytaxt Madriddə müşahidə olunur (17 mindən çox yoluxma və 2 mindən çox ölüm halı). Kataloniyada da vəziyyət pisləşir. Burada 11,5 min xəstə və 672 ölüm faktı qeydə alınıb.

Aşkarlanan yoluxma hallarının və ölənlərin sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir. İspaniyanın hakimiyyət orqanları martın 14-dən 15 günlük yüksək hazırlıq rejimi tətbiq edib. Ölkə parlamenti martın 26-da bu rejimi aprelin 11-dək uzadıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video