Alternative content

19:51 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADMİU-nun tələbələri yeni kampaniyaya başlayıb: Evdə qal, musiqisiz qalma
ADMİU-nun tələbələri yeni kampaniyaya başlayıb: Evdə qal, musiqisiz qalma
ANA SƏHİFƏ / Təhsil
16:26 26.03.2020
 
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir çox sosial məhdudlaşdırma tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin, tamaşaların və dərslərin ləğv edildiyi zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi "Evdə qal, musiqisiz qalma” adlı sosial kampaniyaya başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADMİU-nun müəllimləri və tələbələri öz evlərində müxtəlif mahnı və musiqi ifa edərək, "evdeqalmusiqisizqalma” haştağı ilə sosial şəbəkələrdə yerləşdirirlər. Qısa müddət ərzində kampaniya böyük maraq doğurub və müxtəlif musiqiçilər ADMİU-nun başladığı aksiyaya qoşulub.

"Evdə qalsaq da olar, əsas odur musiqi hər zaman bizim ruhumuzda olsun. Hamılıqla dövlətimizə dəstək olaq və bu bəlaya birlikdə qalib gələk” çağırışı ilə tələbələr tərəfindən başlanan virtual fləşmob insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, ev mühitində, çölə çıxmadan musiqi ilə məşğul olmağa və musiqi dinləməyə çağırır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM