26 Mart 2020 16:19
1042
Mədəniyyət
A- A+

Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib

 
Azərbaycan Respublikasının Nazirlər Kabinet yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 14-dən başlayaraq ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi #MuseumFromHome hashtag-i altında onlayn ünsiyyətə köklənib. Beləliklə, muzey yeni rubrikasını təqdim edir. Sənətsevərlər Milli İncəsənət Muzeyində xoş anlarını əbədiləşdirən fotolarını #AMİMvəMƏN #ANMoA&I #artinart hashtag-ları ilə paylaşa və ya muzeyə göndərə bilər. Muzeyin şəkil qalereyasında #AMİMvəMƏN və #artinart hastag-i ilə paylaşılan ən maraqlı fotolar səhifədə post ediləcək. Məqsəd insanları incəsənətə bir addım daha yaxın etmək və muzeyin eksponatlarını böyük auditoriya ilə tanış etməkdir.

Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi #ANMoACollection və #ArtoftheDay hashtag-ları ilə bütün sənət xiridarlarını muzeyin zəngin kolleksiyasında yer alan incilərlə hər gün daha yaxından tanış olmağa, sənət əsərlərini, günün tablosunu təhlil edərək onların yaranma tarixçəsini öyrənməyə, eləcə də videoçarxlar vasitəsilə korifey rəssamlarımızın bədii dünyasına səyahətə dəvət edir. Sənətsevərlər hər gün yeni rəssamlar kəşf edəcək, misilsiz sənət nümunələri ilə tanış olacaqlar. Habelə muzeyi onlayn izləməklə "İncəsənəti kəşf et!” (Exploreart!) devizi ilə təqdim edilən maarifləndirici viktorinalara qoşulmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video