26 Mart 2020 16:16
734
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı Kralının sədrliyi ilə G20 ölkələri liderlərinin virtual sammiti keçiriləcək

 
Cari ildə "Böyük iyirmilik" (G20) qrupuna sədrlik edən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə bu gün ölkə başçılarının koronavirus pandemiyası ilə mübarizə və "neft müharibəsi"nin fəsadlarına həsr olunmuş virtual sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, G20 ölkələrinin Maliyyə nazirləri və Mərkəzi bankları bu həftə qlobal iqtisadi böhranın qarşısını almaq üçün Beynəlxalq Valyuta fondu ilə birlikdə Fəaliyyət Planı hazırlayıblar. Bundan başqa, Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus da pandemiyanın qarşısının alınmasında bu qrupa daxil olan ölkələrin üzərinə böyük vəzifələr düşdüyünü bəyan edib.

Sammitin təşəbbüskarı olan Kral Salman bin Əbdüləziz bildirib ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bəşəriyyətin qarşısında duran bu qlobal çağırışa birgə səylərlə cavab verməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video