Alternative content

01:37 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada koronavirusla bağlı vəziyyət sürətlə pisləşir
Fransada koronavirusla bağlı vəziyyət sürətlə pisləşir
ANA SƏHİFƏ / DÜNYA
10:37 26.03.2020

Sanitar böhranı uzun çəkəcək. Qarşıdan gələn bir neçə gün xüsusilə çətin olacaq. Tibb işçiləri yorulmadan pandemiyaya qarşı mübarizə aparırlar. Onlar bütün ehtiram və hörmətimizə layiqdirlər. Fərdi, eləcə də kollektiv faciələrimiz olacaq, matəmdə olan ailələrin sayı artacaq. İndiyədək görünməmiş və son dərəcə kritik vəziyyətlə üzləşəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon söyləyib. O, ölkədə vəziyyətin sürətlə pisləşdiyini bildirib.

Jerom Salomon qeyd edib ki, martın 25-dək ölkədə COVID-19-dan 1331 ölüm halı olub, bunlardan 231-i son 24 saat ərzində qeydə alınıb. Ölkədə koronavirus daşıyıcılarının sayı 25 min 233-ə çatıb, 11 min 539 nəfər xəstəxanalara yerləşdirilib. Bir gün ərzində həkimlərdən 2933-nün testi müsbət çıxıb. Son bir gün ərzində 311 olmaqla, ümumilikdə, 2827 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.

Fransada tibbi heyət xəstəxanalarda yerlərin olmaması, xüsusilə də tibbi ləvazimatın və maskaların çatışmazlığı ilə bağlı daim həyəcan təbili çalıb. Epidemiyanın ilk günlərindən tibbi maska ilə bağlı problemlər yaşanır. Müvafiq dövlət orqanlarının rəhbərləri mətbuata maska probleminin həll olunmasından, maska sifariş edilməsindən danışsalar da, xəstəxanalardakı tibbi heyətin kifayət qədər maskası olmadığı bildirilir. Hətta Daxili İşlər Nazirliyi polislərdə olan maskaları tibb işçilərinə verməyə çağırıb.

Səhiyyə naziri insanlara müraciət edərək, küçələrdə maska taxmağın heç nəyə yaramadığını bildirib, həmin maskaları tibb işçilərinə verməyə səsləyib.

"Heç vaxt cərrahiyyə otağından reanimasiya kimi istifadə olunacağını düşünmürdüm”,- deyən tibb işçiləri sosial şəbəkələrdə çalışdıqları məkanlardan şəkillər paylaşır və ağlagəlməz hallarla üzləşdiklərini bildirirlər.

Qeyd edək ki, Fransada bəzi xəstələr qonşu ölkələrə - Almaniya, Lüksemburq və İsveçrəyə aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM