26 Mart 2020 10:07
702
DÜNYA
A- A+

Çindən İtaliyaya üçüncü tibbi heyət göndərilib


Çindən üçüncü tibbi heyət İtaliyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Milana yola düşüb.

AZƏRTAC xəbər verir ki, 14 nəfərlik heyət çarter reysi ilə Milana yola salınıb. Heyətin tərkibinə COVID-19 xəstələrinin müalicəsində iştirak etmiş həkimlər, o cümlədən epidemioloq və pulmonoloq, habelə ənənəvi Çin təbabəti üzrə mütəxəssislər daxildirlər. Çinli həkimlər infeksiyanın yayılmasına qarşı qabaqlayıcı təbirlərə və epidemiyanın nəzarət altına alınmasına, xəstələrin müalicəsinə dair təcrübələrini İtaliyanın Toskana bölgəsindəki həmkarları ilə bölüşəcəklər. Bundan başqa, heyət İtaliyada yaşayan Çin vətəndaşlarının, o cümlədən tələbələrin vəziyyəti ilə maraqlanacaq, onlara lazımi tibbi vasitələr verəcək.

İtaliyaya tibbi heyətlə birlikdə Fucien vilayətindən ianə kimi 8 ton tibbi ləvazimat, o cümlədən 3 min qoruyucu geyim, 300 min tibbi maska, 20 min ədəd N95 tipli maska göndərilib.
Qeyd edək ki, Çin bundan əvvəl İtaliyaya 2 tibbi heyət və 20 tondan çox tibbi ləvazimat göndərib. İtaliya COVID-19 pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu ölkədə indiyədək 74 min 386 nəfər virusa yoluxub, 7503 nəfər bu xəstəlikdən ölüb. İtaliya ölüm hallarının sayına görə dünyada birinci, yoluxanların sayına görə isə ikincidir. Çin yeni növ koronavirusun aşkarlandığı və ən çox yayıldığı ölkə olsa da, buradakı xəstələrin çoxu sağalaraq xəstəxananı tərk edib. Çin ekspertləri COVID-19 xəstələrinin müalicəsində xeyli təcrübə toplayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video