25 Mart 2020 20:34
1641
İDMAN
A- A+

İlqar Rəhimov: Paralimpiyaçılarımiz ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar

 
"Tokio-2020" Yay Olimpiya və Paralimpiya oyunları 2021-ci ilə keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili keçirilən tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplantılarının təşkili və komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişiklər edilib və bu barədə komitə prezidenti tərəfindən müvafiq əmr imzalanıb.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirlər planınına əsasən, 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdiriləcək. Belə ki, milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq, məşqləri evdə davam etdirməlidir. Paralimpiya Oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndiriləcək.

Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi imkanları araşdırılacaq.
Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil ediləcək. İdman növləri üzrə baş məşqçilərə, xüsusən Paralimpiya Oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilər yeni təlim-məşq toplanışlarının proqramını hazırlayacaqlar.

Mayın 12-13-də Bakıda keçirilməsi təxirə salınan paracüdo üzrə dünya kubokunun və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən ediləcək.

Həmçinin Yaponiyanın Şika şəhərində avqustun 10-18-da təşkili nəzərdə tutulan hazırlıq prosesi başqa tarixdə keçiriləcək.

AMPK-nın prezidenti İlqar Rəhimov deyib: "Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birilərinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi üçün verdiyi tapşırıqlara əsasən hökumət bütün lazımi tədbirləri görür. Bizim vəzifəmiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, oyunlara hazırlıq imkanlarını artırmaq və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir.”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video