Alternative content

18:58 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir
Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir
ANA SƏHİFƏ / DÜNYA
17:09 25.03.2020
 
Son bir neçə ayda dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasının əsas simptomlarından biri də iy və dad hissinin itməsidir.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın səhiyyə baş direktoru Jerom Salomon məlumat verib. O bildirib ki, bu, ixtisaslaşmış həkimlər tərəfindən son günlərdə müəyyən edilib. Burun tutulması olmadan iy və dad hissinin itirilməsi koronavirusa yoluxmanın əlamətidir.

"ORL Fransa” şirkəti, eləcə də bir çox fransız ORL və infeksiya mütəxəssisi burun tutulması olmadan, bu qəfil iy və dadbilmə hissinin yoxa çıxmasını COVID-19 virusundan şübhələnilən və ya yoluxma təsdiqlənən xəstələrin əksəriyyətində müşahidə etdiklərini bildiriblər. Qeyd edilib ki, digər simptomlar olmayan, ancaq iy və dadbilmə hissini itirmiş insanlar təcrid edilməlidir. "Yoluxanların hamısı iy və dad hissini itirmirlər, ancaq səbəbsiz və iltihabsız bütün iy və dad hissini itirənlər COVİD-19 virusu daşıyıcılarıdır”, - deyə ORL mütəxəssisləri Milli Şurasının prezidenti Jan -Mişel Klain söyləyib.

Göstərilib ki, iy və dad hissini itirənlər əsasən gənc nəslə - 23 və 45 yaş arasına aiddir.

COVID-19 virusuna yoluxanların üçdəikisində bu əlamətin bir neçə gün davam etdiyi diqqətə çatdırılıb. Belə hallarda özbaşına müalicə qəbul edilməzdir və insanlar həkimə getməlidirlər.

Xatırladaq ki, həkimlər indiyədək temperatur, öskürək, ishal (diareya) və ya ürək bulanması, nəfəs almağın çətinləşməsi və ya boğulma, eləcə də yorğunluq hissinin olmasını COVID-19 virusunun əsas əlamətləri olduğunu bildirirdilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM