17:48 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vüqar Zifəroğlu: Vaxtında preventiv tədbirlərin görülməsi Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı
ANA SƏHİFƏ / SİYASƏT
17:08 25.03.2020
 
Müasir dövrdə texnologiyanın imkanlarının geniş olmasına baxmayaraq, dünya sağlamlıqla bağlı COVID-19 virusunun əlində aciz qalıb. Dünyanın ən aparıcı xəstəxanalarında belə bu virusla bağlı 90 faiz ölün halları baş verir.

Təhlükəli virusa qarşı mübarizədə təkcə hökumətin deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Əsasən, belə həssas dönəmlərdə peşəkarlıq və məsuliyyət ən vacib qırmızı cizgi olaraq özünü göstərməkdədir. Hazırda dünya qlobal pandemiya ilə mübarizə aparır, bu mübarizənin ön xəttində dövlət aparatı, səhiyyə işçiləri ilə yanaşı, həm də media durur. Məhz belə bir zamanda informasiyanın nece ciddi və təsiredici gücə malik olduğu özünü ən kəskin şəkildə ortaya qoymuş olur. Şübhəsiz ki, həm informasiya verən və həm də maarifləndirən peşəkar jurnalistika ilə yanaşı, həvəskər, hətta "obivatel" yanaşma sərgiləyənlər də kifayət qədərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu koronavirusla ciddi mübarizə aparıldığı və dövlətimiz tərəfindən operativ tədbirlər görüldüyü bir vaxtda bəzi üzdəniraq qüvvələrin yaydığı yalan məlumatları hansı əsasla yaydıqlarını anlamadığını bildirib. Dekan deyib: "Son bir neçə ayda koronavirusla bağlı bir çox məqamlarda müəyyən manipulyasiyalara şahid olduq və hələ də olmaqdayıq. Əsasən, sosil mediada biri-birinin ardınca yayılan yalan məlumatlar, hətta bəzi hallarda insanlarda çaşqınlıq və qorxu yaradan əsassız, yalan məlumatların paylaşılması, virusun özü qədər ciddi ziyan vuran məqam olaraq qiymətləndirilməlidir.

Koronovirus respirator virusdur və bununla bağlı insanlarda təşviş və həyəcanın olması təbiidir. Bu həyəcan və təşviş, əsassız, qorxunc dezinformasiyalar bumu ilə insanları stress vəziyyətinə sala bilər, bunun nəticəsi isə artıq kütləvi psoxoz vəziyyətinin yaranmasıdır. Bu zaman məlumatlı olmaq, virusdan qorunmaq üçün ətraflı məlumatlanmaq, əsla ciddi qorxu üçün bir əsasın olmamasını yəqin etmək çox önəmlidir”

Maarifləndirmə işində ən vacib işin medianın, jurnalistlərin üzərinə düşdüyünü vurğulayan dekan qeyd edib ki, sosial şəbəkələr insanlara öz düşüncələrini istədikləri formada ifadə etməyə, yaymağa imkan verir. Lakin bu hal, bizi məsuliyyətdən azad etmir. Çünki yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur. Məsələ yalnız virusun səhhətimiz üçün bir təhlükə olmasında deyil, həm də dezinformasiyalar və aparilan bilgi çirkliliyi sayəsində bir ümumi ajiotajın yaşanmasındadır və bu hal çox təhlükəlidir. Məsələn, ABŞ-da artıq silah satışı ilə ərzaq satışı bərabərləşib. Dünya artıq, sanki təkcə virus pandemiyası ilə deyil, qəsdən ortaya atılmış "dezinfornasiya pandemiyası” və onun doğura biləcəyi daha vahim nəticələrlə də mübarizə aparmaq məcburiyyətində qalıb. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə doğru olaraq virusla bağlı sosial mediada yalanlar paylaşan, dezinformasiyalar yayan şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görülür.

Onun sözlərinə görə, birmənalı şəkildə vurğulamaq lazımdır ki, dövlətimiz zamanında preventiv tədbirlərə əl atmaqla, əslində bu gün Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı. Dövlətimizin qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla, bir çox təşkilatlar Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirməkdədirlər. Diqqət edin: hər gün bununla bağlı hansısa ciddi addımlar artılır, qərarlar qəbul edilir. Eyni zamanda, cəmiyyət məlumatlandırılır və zəruri məlumatlar onlarla paylaşılır. Peşəkar media bu istiqamətdə tam maarifləndirmə və məlumatlandırma funksiyalarını layiqincə icra edir.

Vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə və həmrəy olmağa çağıran V.Zifəroğlu deyib: "Unutmaq olmaz ki, əsas doğru məlumatları paylaşmaq və peşəkarları dinləməkdir. Eyni zamanda görülən qabaqlayıcı tədbirlər çərçivəsində, deyilənlərə əməl etmək, həm öz, həm də yaxınlarınızın sağlamlığını qorumaq və əsla təhlükəyə atmamaqdır. Şəxsi gigiyena qaydalarına əməl etməli, yaxınlarımıza arxa olmalı, yaşlı nəslin nümayəndələrini qorumalıyıq. Biz bir millət olaraq milli həmrəylik, məsuliyyət, milli birlik göstərməklə bu amansız xəstəliyə də qalib gələcəyik. Biz birlikdə güclüyük”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM