Alternative content

12:06 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qusarda yerləşən müəssisədə hər gün 25-30 min litr tibbi spirt istehsal olunaraq apteklərə göndərilir
Qusarda yerləşən müəssisədə hər gün 25-30 min litr tibbi spirt istehsal olunaraq apteklərə göndərilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:11 25.03.2020
 

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi spirt qıtlığı yaşanır. Bu tələbatı qarşılamaq məqsədilə İqtisadiyyat Nazirliyinin tövsiyəsinə əsasən Qusarda yerləşən "Rus-Azeri Spirts” zavodunda tibbi spirt istehsalına başlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istehsala başlanan gündən 100 min litrə yaxın tibbi spirt Bakı şəhərindəki və bölgələrdəki apteklərə göndərilib.
2019-cu ildə dövlət dəstəyi ilə yaradılan bu müəssisə müasir tələblərə cavab verən, keyfiyyətli spirtli içkilər istehsalını təmin edən, avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub. Tibbi spirtin qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının qarşısının alınması məqsədilə hazırda müəssisədə tibbi spirt də istehsal edilir.

Zavodun direktoru Anar Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisə tələbatı nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib və istehsal prosesi 24 saat davam edir. İstehsal gücünü artırmaq üçün zavoda əlavə işçilər də cəlb olunub. Hazırda zavodun sutkalıq istehsal gücü 25-30 min litrə çatır ki, bu da ölkəmizdə tibbi spirtə olan tələbatı ödəməyə imkan yaradır.

Müəssisədə bir litrlik qablaşdırmada 95 faizlik tibbi spirt istehsal olunur. Yaxın günlərdə 100 millilitrlik (0,1 litr) qablarda da istehsala başlanılacaq. Tibbi spirt dezinfeksiyaedici kimi hər hansı mikrob hüceyrəsinə daxil olur və zülallarla kimyəvi reaksiyaya girir. Nəticədə zülalların təbii quruluşunun pozulması prosesi baş verir və hüceyrələrin ölməsinə səbəb olur. Hazırda müəssisədə istehsal olunan spirtin analizləri üçün laboratoriya müasir tipli qaz xromatoqrafla təmin edilib.

Zavodda tibbi spirtin hazırlanmasında tamamilə yerli xammaldan istifadə olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM