Alternative content

04:45 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oqtay Şirəliyev: Azərbaycanda koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər epidemiyanın ölkəmizdə alovlanmasının qarşısını alıb
Oqtay Şirəliyev: Azərbaycanda koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər epidemiyanın ölkəmizdə alovlanmasının qarşısını alıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:41 25.03.2020
 

Azərbaycanda kütləvi informasiya vasitələri koronavirus infeksiyası ilə əlaqədar kifayət qədər məlumat yayırlar. Əhali həmin infeksiya, onun mənbəyi haqqında məlumatlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Televiziyasında yayımlanan "Hədəf” verilişində çıxış edərkən deyib.

Nazir bildirib ki, dünyada insan həyatına təhlükə törədən xəstəliklərin epidemiyası olanda xüsusi tədbirlər görülür, rejim tətbiq olunur. İlk növbədə xəstəni aşkarlamaq, onun müalicəsini düzgün təşkil etmək, həmin xəstənin kontaktda olduğu insanları müəyyən etmək və onları karantin şəraitində nəzarətdə saxlamaq və ən vacibi epidemiyanın ocağını müəyyən etmək, onun qarşısını almağa çalışmaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı da xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Bu, koronavirusla bağlı ilk qərar və tədbir deyil. İlin əvvəlində xəstəliklə bağlı məlumat çıxan kimi müəyyən qabaqlayıcı tədbirlər görüldü və Azərbaycanda epidemiyanın alovlanmasının qarşısı alındı. Bu tədbirlər çox tez və dəqiq həyata keçirildi.

Səhiyyə naziri qeyd edib ki, xəstəlik hələ təzə elan olunanda sərhədlər açıq idi və səyahətlər davam edirdi. Buna baxmayaraq, sərhəd keçid məntəqələrinə, hava limanlarına həkimlər təhkim olundu. Ölkəyə gələn insanlar nəzarət altında saxlanıldı. Xəstəlik müəyyən olunan ölkələrdən gələn insanların telefon nömrələri, ünvanları götürülüb, səhiyyə müəssisələrinə verilirdi. Onlar 7-15 günədək həkim nəzarəti altında qalırdılar. Bundan başqa, xəstəliyə şübhəli olanlar karantinə cəlb olundular. Bunun üçün xüsusi xəstəxanalar, həkim briqadaları ayrıldı.
 

O.Şirəliyevin sözlərinə görə, bu, yeni virus olduğundan əksər ölkələrdə xəstəliyi müəyyən etməyə diaqnostik test yox idi. Ancaq bir neçə ən tanınmış laboratoriyada bu testlər tətbiq olunurdu. Türkiyə vasitəsilə testlər Azərbaycana gətirildi. İlk xəstələr elə o testlərin köməyi ilə müəyyən olundu. İlk günlərdən onlar xüsusi izolyasiyaya götürüldü, müalicələrinə başlandı. Məhz bunun nəticəsidir ki, bir neçə xəstə sağaldı və evə göndərildi. Müalicəsini davam etdirənlərin arasında xəstəliyin müsbət gedişi onların sağalacağına ümid verir.

Koronavirusla mübarizə tədbirlər indi də davam etdirilir. Demək olar ki, indiyədək xəstəliyə şübhəli olanlara 10 minə qədər laborator test tətbiq olunub. Yenə də xarici ölkələrdən həmvətənlərimiz geri qayıdır. Onların hamısı nəzarətdədir, ehtiyac olduğu halda karantinə götürülür, yoxlanılırlar. Bu, çox böyükhəcmli işdir.

İnsanların təminatı məsələləri də diqqətdə saxlanılır. Hazırda ölkədə qıtlıq müşahidə olunmur. Sərhədlər, yollar bağlı olsa da ölkəmizə lazım olan nə varsa, ciddi nəzarət altında gətirilir.

"İnsanlar səhiyyə müəssisələrinə başqa xəstəliklər səbəbindən də müraciət edir, müalicə alırlar. Lazım olarsa, əməliyyatlar aparılır, təcili tibbi yardım briqadaları əhaliyə 24 saat yardım göstərir. Bunlar çox böyük işlərdir. Əhalinin sağlamlığı ən vacib şərtlərdən biridir və dövlət hər zaman bunu diqqətdə saxlayır”, - deyə O.Şirəliyev qeyd edib.

Səhiyyə naziri ölkə başçısının tibb işçilərinə verdiyi dəyərin onları daha da ruhlandırdığını diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM