Alternative content

04:38 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusdan qorunmaq üçün ət və ət məhsullarının alışı zamanı diqqət yetirilməsi vacib olan məqamlar
Koronavirusdan qorunmaq üçün ət və ət məhsullarının alışı zamanı diqqət yetirilməsi vacib olan məqamlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:41 24.03.2020


Sağlam qidalanma insan həyatının əsas hissəsini təşkil edərək xəstəliklərə qarşı müqavimətini artırır. İnsanın gündəlik qida rasionu balanslı olmalı və özündə kifayət qədər zülal, karbohidrat və yağlar təşkil etməlidir. İnsanın zülala olan gündəlik tələbatının əsas hissəsini ət və ət məhsulları ödəyərək orqanizmin inkişafında əhəmiyyətli rol oynayır. Lakin ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlum olduğu kimi, heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok və s. zoonoz və parazitar xəstəliklərin keçmə ehtimalı yüksəkdir. Bu xəstəliklərə yoluxma immun sisteminin zəifləməsinə və həyati vacib orqanlarda xroniki fəsadların yaranmasına gətirib çıxara bilir.

Son aylarda dünyada, eləcə də ölkəmizdə COVID-19 xəstəliyinə yeni yoluxma halları qeydə alınır. Nəzərə alsaq ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəlikləri olan insanların COVID-19-a yoluxma riski daha yüksəkdir. Bu səbəbdən COVID-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə istehlakçıların daha diqqətli davranması və ət məhsullarını alarkən aşağıdakı tövsiyələrə əməl etmələri lazımdır:

-Küçə şəraitində, yol kənarlarında, baytar müfəttişi tərəfindən nəzarət həyata keçirilməyən, antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət və ət məhsulları almaq sağlamlıq üçün təhlükəlidir;

- Şəxsi gigiyenik qaydalara əməl olunmayan və fərdi mühafizə vasitələri istifadə edilməyən (xalat, əlcək, bone) qəssabxanalardan ət və ət məhsulları almaq yolverilməzdir;

- Kəsildikdən dərhal sonra ətin istehlakı faydadan daha çox ziyanlı olduğu üçün ət məhsulları istehlak edilməlidir (heyvan kəsildikdən sonra ət ölüm sərtliyi deyilən vəziyyətdə olur və bunun səbəbi isə heyvanın kəsim zamanı stress altında olması, bunun birbaşa ətin tərkibinə təsir etməsidir).

- Ətin insan orqanizminə faydalı olması üçün, kəsildikdən sonra turşuluq balansını və yumşalmasını təmin etmək üçün 8-12 saat müddətində dincə qoyulmalıdır. Ətdə turşuluq balansının normallaşması bir sıra virus mənşəli xəstəliklərin məhv edilməsində olduqca böyük əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Eyni zamanda, bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün tədbirlər qanunla müəyyən olunmuş qaydada bundan sonra da davam etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM