Alternative content

03:02 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət zərurəti aradan qaldırılıb
Əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət zərurəti aradan qaldırılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:56 24.03.2020
 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə qərar və tövsiyələrini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil edir, fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görür.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən ölkəmizdə xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda Azərbaycan ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır. Bu gündən başlayaraq aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul olunmuş hesab edilir. Onların ölkəmizdə olmaları "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsinin və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən "müraciəti izlə” bölməsi vasitəsilə nömrə əldə etməklə Hökumət Ödəniş Portalı, "ASAN ödəniş” sistemi ilə elektron qaydada və "Expresspay” terminallarından həyata keçirilə bilər. Ödəniş nömrələri üç gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Şəxslərdən bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən "919” Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM