Alternative content

03:28 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada Olimpiya alovu estafetsiz gəzdiriləcək
Yaponiyada Olimpiya alovu estafetsiz gəzdiriləcək
ANA SƏHİFƏ / İDMAN
17:04 24.03.2020
 

"Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Olimpiya məşəli estafetinin keçirilməməsi və bunun əvəzində Olimpiya alovunun olduğu fənərin bütün Yaponiya ərazisində gəzdirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təşkilat komitəsinin qərarına görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə Oyunların vaxtının dəyişdirilməsi ilə əlaqədar yekun razılaşma əldə edilməyənədək Olimpiya məşəli estafeti başlamayacaq.

Olimpiya Oyunlarının fənər içərisinə yerləşdirilmiş alovunun martın 26-dan başlayaraq Yaponiya üzrə səyahətə çıxacağı gözlənilir.

Rəsmi mənbələrin bildirdiyinə görə, təşkilat komitəsi bu barədə qərarı BOK ilə "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının vaxtının dəyişdirilməsi barədə müzakirələrin başlaması ilə əlaqədar qəbul edib.

Bildirilir ki, məşəl estafetinin marşrut boyunca çoxlu sayda insanı cəlb etməsi yeni koronavirusun yayılması üçün əlverişli şərait yarada bilər.

Xatırladaq ki, ilkin plana əsasən məşəl estafetinin martın 26-da Fukuşima prefekturasından başlaması nəzərdə tutulurdu. Hazırda fənər içərisində saxlanan Olimpiya alovu Yaponiyanın şimal-şərqində yerləşən və 2011-ci il təbii fəlakəti zamanı böyük zərər dəymiş üç qonşu prefekturada nümayiş etdirilir.

Təşkilat komitəsi Olimpiya alovunun ötürülməsinin masştabını qısaltmaqla burada tamaşaçıların iştirakını azaltmağa çalışır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM