Alternative content

19:20 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
16:42 08.04.2020 Uhanın yolları açıldı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT Baş katibindən qlobal atəşkəs çağırışı
BMT Baş katibindən qlobal atəşkəs çağırışı
ANA SƏHİFƏ / DÜNYA
11:17 24.03.2020
 

Dünyamız ortaq bir düşmənlə üz-üzə qalıb: COVID-19. Bu virus milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca əhəmiyyət vermir, bütün insanlara amansızcasına hücum edir.

Bu bəyanatla BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir ki, eyni zamanda, dünyanın müxtəlif yerlərində silahlı münaqişələr davam edir. Bunun ən böyük əziyyətini ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər, habelə təcrid olunmuş zümrələr və köçkünlər çəkir. Onların COVID-19-a görə ən ciddi itkilərə məruz qalma riski də yüksəkdir. Unutmayaq ki, müharibə vəziyyətində ölkələrdə səhiyyə sistemləri də dağılmış halda olur. Sayı onsuz da az olan səhiyyə işçiləri tez-tez hədəfə çevrilirlər. Zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər.

"Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır.

Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin.

Həyatları xilas edən yardımlar üçün dəhlizlərin yaradılmasına kömək etmək, diplomatiya üçün dəyərli imkanlar yaratmaq, COVID-19-a ən həssas olan yerlərə ümid gətirmək çox vacibdir.

COVID-19-a birgə yanaşmaları təmin etmək üçün münaqişə tərəfləri arasında tədricən formalaşan koalisiyalar və dialoqdan ilham alaq. Eyni zamanda, daha çox səylərə ehtiyacımız var.

Müharibə nifaqına son qoyun və dünyamızı məhv edən xəstəliklə mübarizə aparın. Bunun yolu dünyanın hər yerində döyüşləri dayandırmaqdan başlayır. Elə indi. Bəşəriyyətin məhz buna ehtiyacı var, əvvəlkindən daha çox və daha təcili”, - deyə bəyanatda qeyd edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM