24 Mart 2020 11:10
412
CƏMİYYƏT
A- A+

Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər

 

Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir.
 

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib. Azərbaycan dövləti vətəndaşlarının yanındadır. Vətəndaşlarımız da olduqları xarici ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video