24 Mart 2020 11:09
413
CƏMİYYƏT
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Prezidentin çağırışına qoşulub

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi COVID-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb.
 

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, məqsəd adıçəkilən virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.

Xatırladaq ki, koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyanın prioritetinə çevrilib. Ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri biznes və iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərir.

Məlumat üçün bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video