23 Mart 2020 21:49
729
İQTİSADİYYAT
A- A+

Nazir Mikayıl Cabbarov pandemiyanın milli iqtisadiyyata təsirinin azaldılması üçün hökumətin gördüyü tədbirlərdən danışıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlərdən danışıb.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat məbləğində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ümumi daxili məhsulun 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib və eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb. Bu məqsədlə yaradılmış işçi qrupu tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. İqtisadiyyat naziri vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

M.Cabbarov qeyd edib ki, işçi qrupu biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlətimizin başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər.

Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib. O, işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini qeyd edib. Nazir vurğulayıb ki, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatlar formalaşdırılıb və daxili bazar lazımi məhsullarla tam təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video