23 Mart 2020 11:50
372
CƏMİYYƏT
A- A+

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər geniş şəkildə davam etdirilir

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Bakı şəhərində daha da gücləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə şəhərin kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək dezinfeksiya tədbirlərini davam etdirirlər.

Hər gün paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. yuyulur. Bu işlər təsdiq edilmiş qrafikə uyğun olaraq həm paytaxtın mərkəzində, həm də mərkəzdən kənarda səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə həyata keçirilir. Bununla əlaqədar növbəti dezinfeksiya işləri Xətai rayonunun Məhəmməd Hadi, Neapol, Rahib Məmmədov, Aşıq Ələsgər küçələrində, Ukrayna dairəsində, Qara Qarayev və Gəncə prospektlərində aparılır. Həmin işlər, eləcə də Xətai rayon sakinlərinin gəzinti və istirahət yeri olan Heydər Əliyev parkında da görülüb.

Eyni zamanda, gündəlik olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, oradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə olaraq qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video