Alternative content

08:20 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ÜST: Əhalini evdə qalmağa çağırmaq yetərli deyil
ÜST: Əhalini evdə qalmağa çağırmaq yetərli deyil
ANA SƏHİFƏ / DÜNYA
10:07 23.03.2020

Ümumdünya Səhiyyə Təşkilatı (DST) Avropa dövlətlərini koronavirus pandemiyasına qarşı mübarizədə ictimai həyata məhdudiyyətlər tətbiq etməklə kifayətlənməməyə çağırıb. Qeyd edilib ki, bu məhdudiyyətlər virusun yayılmasının qarşısının alınması üçün yetərli deyil, testlərin sayı artırılmalıdır.

AZƏRTAC xəbər verir ki, təşkilatın sağlamlıqla bağlı fövqəladə hallar proqramının rəhbəri Mayk Rayen bu fikirləri BBC-yə müsahibəsində bildirib. O qeyd edib ki, hazırda əsas diqqət infeksiyaya yoluxmuş şəxsləri müəyyənləşdirilməsinə və onların təcrid edilməsinə yönəldilməlidir. İctimai həyata tətbiq edilən məhdudiyyətlərin problemli tərəfi ondan ibarətdir ki, ciddi tibbi tədbirlər görülmədikdə, qadağalar aradan qaldırılan kimi virus yenidən yayılmağa başlayacaq.

Çin, Sinqapur və Cənubi Koreyada olduğu kimi, həyata keçirilən testlərin sayının artırılmasını tövsiyə edən ÜST rəsmisi deyib: "Əgər biz yoluxma hallarının sayını azalda bilsək, o zaman virus üzərində qələbə çala bilərik. Hazırda bütün Avropa ölkələri sosial məsafə və əhalinin mümkün qədər evdə qalması prinsipinə üstünlük verirlər. Virusla bağlı testlər yalnız konkret şübhə olduğu halda həyata keçirilir. Bu, həm testlərin azlığı, müvafiq avadanlığın çatışmazlığı, həm də bu testləri yoxlayacaq laboratoriyaların çox olmaması ilə izah edilir”.

M.Rayen sadalanan faktları nəzərə alaraq, virusa qarşı peyvənd hazır olanadək məsələyə realist yanaşmanın vacib olduğunu vurğulayıb. O bildirib ki, indiyədək ÜST üzv dövlətlərə 1,5 milyon test göndərib, lakin mövcud tələbat bu miqdardan 80-100 dəfə artıqdır. Əgər bütün şübhəli halların müayinəsi aparılsa, o zaman virusun yayılmasının qarşısını almaq mümkün olacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM