Alternative content

07:21 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusla bağlı Qırğızıstanda fövqəladə vəziyyət elan olunub
Koronavirusla bağlı Qırğızıstanda fövqəladə vəziyyət elan olunub
ANA SƏHİFƏ / DÜNYA
13:17 22.03.2020

Koronavirusla bağlı martın 22-dən Qırğızıstanda bir ay müddətinə fövqəladə vəziyyət elan olunub.

AZƏRTAC Qırğızıstan Nazirlər kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı qərar Baş Nazir Muxammedkalıy Abılqaziyevin keçirdiyi müşavirədə elan edilib.

Bu qərarla əlaqədar olaraq hökumətin qarşısında paytaxtda və vilayətlərdə blokpostların yaradılması, əhalinin ilkin tələbat malları və dərmanlarla fasiləsiz olaraq təmin olunması, ölkə daxilində aviareyslərin həyata keçirilməsi, ictimai nəqliyyatın, ərzaq mağazalarının və apteklərin işinin qaydaya salınması vəzifələri qoyulub.

Bildirilir ki, hər bir vəzifəli şəxs tabeliyindəki sahənin fasiləsiz işləməsi üçün şəxsən məsuliyyət daşıyacaq. Yerli özünüidarə orqanlarının rəhbərləri də ilk növbədə əhalinin ərzaqla təmin olunmasını həyata keçirməlidir. Xaricdən ərzaq gətirilməsi sahəsində heç bir problem yoxdur, buna görə də vətəndaşlar ərzaq və dərman qıtlığı ilə rastlaşmayacaqlar.

Xatırladırıq ki, hazırda Qırğızıstanda koronavirusa tutulanların sayı 14 nəfərdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM