22 Mart 2020 12:13
667
DÜNYA
A- A+

Koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb

 

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 300 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetinin Bakı vaxtı ilə saat 7:23-ə olan məlumatına görə, hazırda dünya üzrə 307 min 277 min yoluxma halı qeydə alınıb. Virusa yoluxan insanlardan 92 min 372 nəfəri sağalıb, 13 min 48 nəfəri ölüb.

Ən çox yoluxma Çinin payına düşür (81 min 345). İkinci yeri İtaliya (53 min 578), üçüncü yeri ABŞ (26 min 747) tutur. Koronavirusa görə ən ağır epidemioloji vəziyyət yarandığı on ölkə sırasına, həmçinin İspaniya (25 min 496), Almaniya (22 min 364), İran (20 min 510), Fransa (14 min 485), Cənubi Koreya (8897) və Böyük Britaniya (5067) daxildir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video