23:36 13 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-ın İrana qarşı sanksiyalarının aradan qaldırılması tələbi ilə Britaniyada petisiya başladılıb
ANA SƏHİFƏ / DÜNYA
20:36 21.03.2020
 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması tələbi ilə Böyük Britaniyada petisiya başladılıb.

AZƏRTAC İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, qısa müddətdə elektron imza ilə petisiyaya 1187 nəfər qoşulub. Petisiyada toplanan imzalar Böyük Britaniyanın parlamentinə təqdim ediləcək.

Böyük Britaniyanın qanunlarına görə, əgər imzaların sayı 10 minə çatarsa parlament bu məsələyə münasibət bildirməlidir. Əgər imzaların sayı 100 minə çatarsa onda petisiyada qaldırılan problem parlamentin müzakirəsinə çıxarılmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya parlamenti ABŞ administrasiyasına müraciət edərək koronovirusun geniş yayılması və çox təhlükəli həddə çatması ilə əlaqədar İrana qarşı sanksiyaları aradan qaldırmağı xahiş edib.

Qeyd edək ki, koronovirusun İranda geniş yayıldığı bir zamanda ABŞ yeni sanksiyalar tətbiq edərək 24 hüquqi şəxsin adını sanksiyalar siyahısına əlavə edib. ABŞ-ın bu addımı dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM