Alternative content

07:24 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İranda 24 saat ərzində 1000 nəfər koronavirusa yoluxub
İranda 24 saat ərzində 1000 nəfər koronavirusa yoluxub
ANA SƏHİFƏ / DÜNYA
18:04 21.03.2020

İranda koronovirusdan ölənlərin sayı 1556-ya çatıb, yoluxanların sayı isə 20 min 600 nəfəri ötüb. Müalicə alan 7 min nəfər sağalaraq evə buraxılıb.

AZƏRTACxəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, ölkədə bir gündə 1000 nəfər koronavirusa yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrana müraciət edərək insanların zərurət olmadığı halda küçəyə çıxmalarının qarşısının alınmasını istəyib. Qeyd edək ki, hökumətin xəbərdarlığına baxmayaraq, Novruz bayramı ilə əlaqədar İranın bəzi vilayətlərində insanlar kütləvi şəkildə gəzməyə çıxıblar.

Ölkə ərazisindəki küçə və parkların dezinfeksiyası işləri davam etdirilir.

Qeyd edək ki, Prezident Həsən Ruhani ABŞ ictimaiyyətinə müraciət edib. Prezident koronovirusun ölkədə geniş yayıldığı bir zamanda ABŞ hökumətinin İrana qarşı sanksiyaları daha da sərtləşdirməsinə ölkə ictimaiyyətinin münasibətini soruşub.

Siyasi müşahidəçilər qeyd edirlər ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Həsən Ruhaninin məktubu təsadüfi xarakter daşımır. İran Donald Trampın yenidən prezident seçilməsini arzulamır və ABŞ ictimaiyyətinə emosional təsir göstərməyə çalışır. Ehtimal edilir ki, başqa şəxsin prezident seçilməsi sanksiyaların ən azından yumşalmasına gətirib çıxara bilər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM