Alternative content

09:15 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqlənib
Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqlənib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:27 21.03.2020

Nazirlər Kabineti "Məşğulluq haqqında” Qanuna əsasən hazırlanmış "Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nı təsdiq edib. Həmin qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial müəssisələr, habelə kvotadan əlavə iş yerləri yaradıla bilər. Standartlara görə, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial müəssisələr və kvotadan əlavə iş yerləri Əmək Məcəlləsində müəyyən edilmiş hüquq normaları əsasında əmək şəraiti ilə təmin olunmalı, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan kvotadan əlavə iş yerləri isə "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılmalıdır. Həmin şəxslər bu iş yerlərində "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq təsdiq edilmiş "Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin edilməlidir.

Eyni zamanda, standartlara görə, sosial müəssisələrdə işçilərin orta illik sayının azı 80 faizini nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya "DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil etməlidir. Bu şəxslərin sırasına isə qanuna uyğun olaraq, əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildir.

Onlara işə cəlb olunduqları sosial müəssisə və iş yerlərində məşğulluq imkanlarının artırılması üçün təlim, o cümlədən peşəyönümü və peşə hazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi, peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. də standartlarda yer alıb. Həmçinin qeyd edilir ki, kvotadan əlavə iş yerləri müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz, müəssisədə mövcud olan daimi vakansiyalar isə əlavə iş yerləri hesab edilmir.

Qeyd edək ki, kvota dedikdə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə qanunvericiliklə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM