Alternative content

08:08 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən saxlanılan mallar müvafiq qurumlara təhvil verilib
Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən saxlanılan mallar müvafiq qurumlara təhvil verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:27 21.03.2020
Naxçıvan Muxtar Respublikasının gömrük orqanları daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mart ayının 20-də gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında qalan və istifadəyə yararlı olan malların aktlaşdırılaraq müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.

Daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1180 kq yuyucu toz, 360 ədəd camaşır üçün ağardıcı, 165 kq təmizləyici vasitə, 17 ədəd ərp əleyhinə vasitə, 394 ədəd közərmə lampası, 22 ədəd qaz pilətəsi, 4 ədəd suqızdırıcı, 2 ədəd qaz ocağı, 2 ədəd qaz sobası, 1 ədəd kombi, 11 ədəd alışqan qazı, 5 ədəd avtomobil şini "Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 1180 kq yuyucu toz, 165 kq təmizləyici vasitə, 16 ədəd ərp əleyhinə vasitə, 11 ədəd alışqan qazı, 7 ədəd soba borusu, 4 ədəd motosiklet şini, 1 ədəd dolab və 400 kq gipsdən ibarət olub.

Bundan başqa, 171 kq bal, 615 ədəd meyvə şirəsi, 73 litr zeytun yağı, 20 kq makaron, 17 ədəd sərinləşdirici içki, 10 ədəd enerji içkisi, 90 kq yuyucu və təmizləyici vasitə, 45 litr maye sabun, 14 kq sabun, 12 ədəd alışqan qazı Heydər Əliyev adına Hərbi Liseyə, 10 ədəd ov bıçağı, 2 ədəd silah mərmisi, 2 ədəd elektroşok, 2 ədəd dəyənək, 1 ədəd dəmir qandal, 1 ədəd durbin Daxili İşlər Nazirliyinə, 1180 kq yuyucu toz, 165 kq təmizləyici vasitə Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına, 5 ton balıq yemi, 12 ədəd balıq toru Naxçıvan "Balıqçılıq Təsərrüfatı”na, 70 litr maye gübrə, 2 litr bitkiçilik dərmanı "Naxçıvan Aqrolozinq” ASC-yə, 350 ədəd TİR patronu isə aidiyyəti üzrə təhvil verilib.

Muxtar respublika gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görüləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM