20 Mart 2020 20:47
682
İQTİSADİYYAT
A- A+

Vüqar Bayramov: Hər bir vətəndaşın təhlükəsizliyi və sosial təminatı ölkəmizdə həyata keçirilən siyasətin əsas meyarıdır


Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və fonda 20 milyon manat ayrılması dövlətimizin başçısının vətəndaşlara qayğısını, eyni zamanda, koronavirusun həm sahibkarlar, həm də ölkə əhalisinin fəaliyyətinə təsirinin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

"Bu, ondan xəbər verir ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti məhz vətəndaşların təhlükəsizliyi və sosial təminatının gücləndirilməsidir. Yeni fondun yaradılması ilk növbədə, bir neçə sektorda sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi və minimumlaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi məqsədi daşıyır. Nəzərə alsaq ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər turizm, xidmət, ictimai iaşə, nəqliyyat və logistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə təsir göstərib, onların fəaliyyətlərinin məhdudlaşdırılması və əldə etdiyi gəlirlərin azalmasına səbəb olub. Yeni fondun formalaşmasında məqsəd ondan ibarətdir ki, sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması və dövlət dəstəyinin daha da gücləndirilməsinə nail olmaqdır ", - deyə V.Bayramov qeyd edib.

Formalaşdırılan işçi qruplarının da sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə xidmət etdiyini deyən deputat diqqətə çatdırıb ki, işçi qruplardan birinin məhz məşğulluğa ünvanlanması, koronavirusun buradakı təsirləri baxımından mövcud çətinliklərin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı fəaliyyətlə bağlıdır: "Nəzərə alsaq ki, turizm, xidmət və ictimai iaşə sektorlarında çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Məqsəd ondan ibarətdir ki, koronavirusun təsirlərinin minimumlaşdırılmasına nail olunsun. Yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən bu istiqamətdə vəsaitin həcminin artırılması prioritetdir, sosial iş yerlərinin yaradılması isə hədəf olaraq qalır”.

V.Bayramov deyib: "İşçi qrupların yaradılması, bu istiqamətdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun formalaşdırılması ondan xəbər verir ki, Azərbaycan höküməti üçün növbəti mərhələdə də koronavirusun iqtisadiyyata, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet olacaq. Bütövlükdə, Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın hadisələrə çevik reaksiyası təqdirəlayiqdir. Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Təkliflərdə koronavirusun daha çox təsir göstərdiyi sahələrdə çalışan sahibkarlar üçün yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu, sahibkarlara həm birbaşa, həm dolayı dəstək mexanizmindən istifadə imkanı yaradacaq. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, dəstəyin gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması həm sahibkarlara, həm də vətəndaşlara koronavirusun təsirlərinin azaldılması üçün hədəfdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hökuməti qlobal problem olan koronavirusun cəmiyyətimizə təsirlərinin minimumlaşdırılması ilə bağlı hər zaman vətəndaşların yanındadır, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi və sosial təminatı ölkəmizdə həyata keçirilən siyasətin əsas meyarıdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video