Alternative content

07:53 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XİN: Avropa Regionlar Komitəsinin sənədində Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlar yer alıb
XİN: Avropa Regionlar Komitəsinin sənədində Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlar yer alıb
ANA SƏHİFƏ / SİYASƏT
17:11 20.03.2020

Bu ilin mart ayının 10-da Avropa İttifaqının siyasətinə dair Avropa Regionlar Komitəsinin (ARK) tövsiyələrini əks etdirən "Avropa Regionlar Komitəsinin - yerli və regional qurumların Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına dair rəyi” adlı sənəd dərc edilib.

Sənəddə Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlara toxunulur. Belə ki, sənədin 13-cü bəndində vurğulanır ki, "Avropa İttifaqı bütün tərəfdaşlarının (Şərq Tərəfdaşlığı ölkələrinin) ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalır. BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı ildə ATƏT-in Paris Xartiyasında təsbit edilmiş məqsəd və prinsiplərdən irəli gələn öhdəliklərin tam icrası, onlara hörmət və onların riayət olunması dinc və bölünməmiş Avropa üçün ortaq baxışımız üçün əsasdır”. 14-cü bənddə isə qeyd olunur ki, "Komitə regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyir. Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir”.

Sənəddə Avropa Regionlar Komitəsi Aİ ilə assosiasiya sazişini imzalamamış tərəfdaş ölkələri ilə mövcud "Tərəfdaşlıq prioritetləri” sənədləri əsasında və yeni çərçivə Sazişlərinin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Sənəddə Komitə Xorvatiya Prezidentliyi zamanı 2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı Avropa Regionlar Komitəsi tərəfindən Şərq Tərəfdaşlığının gələcəyi ilə əlaqədar irəli sürülmüş tövsiyələrin Avropa Komissiyası və Aİ üzv dövlətləri tərəfindən nəzərə alınacağına inandığını ifadə edib.

Qeyd etmək istərdik ki, Aİ-nin 27 üzv dövlətini təmsil edən və yerli və regional səviyyədə seçilmiş nümayəndələrdən ibarət Avropa Regionlar Komitəsi Aİ çərçivəsində yerli və regional özünüidarəetmə orqanlarının maraqlarını qorumaq üçün yaradılmış institutdur. Aİ-nin bütün əsas instituları, Avropa Komissiyası, Aİ Şurası və Parlament yerli və regional məsələlərlə bağlı qərar (hüquqi sənəd) qəbul etdikdə bu Komitə ilə məsləhətləşməyə məcburdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM