20 Mart 2020 16:07
1008
İQTİSADİYYAT
A- A+

Tahir Mirkişili: Azərbaycan iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlara malikdir


Hazırda dünyada görülən bütün tədbirlərə baxmayaraq koronavirus epidemiyasının yayılması davam edir. Bu epidemiyanınn qarşısının alınması üçün görülən məhdudlaşdırıcı tədbirlər paralel olaraq qlobal iqtisadiyyata, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdəndir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri, iqtisadçı ekspert Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin epidemiyaya kütləvi yoluxmasının qarşısı alınıb: "Dövlətin bu istiqamətdə atdığı addımlar tam alqoritmləşmiş və kifayət qədər təsirli addımlardır. Eyni zamanda, aparılan təhlillərə görə, həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər”.

T.Mirkişili vurğulayıb ki, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifah halını qorumaq və iqtisadi inkişafın davamlılığını təmin etmək üçün iqtisadi sahədə də tədbirlərin görülməsi zəruridir. Virusun iqtisadiyyata təsirini azaltmaq əsas vəzifələrdəndir.

Azərbaycan dövlətinin iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlara malik olduğunu deyən komitə sədri əlavə edib ki, bu imkanlar son 16 ildə artıb, çətin günlər üçün dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.

"Pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Bu məqsədlə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur: pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək; sahibkarlıq subyektlərinə dövlət dəstəyi; məşğulluq problemlərinin və sosial problemlərin həlli; makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması. Qeyd edim ki, ayrılan vəsait ölkə ÜDM-nin 1,3 faizinə, büdcə gəlirlərinin isə 4,2 faizinə bərabərdir. Göründüyü kimi, dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir” , - deyə Milli Məclisin deputatı bildirib.

T.Mirkişilinin fikrincə, dövlətlə yanaşı, özəl sektorun da belə günlərdə daha çox sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir: Əminəm ki, görülən bu tədbirlər iqtisadiyyatımızı daha da gücləndirəcək və əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video