20 Mart 2020 07:21
742
DÜNYA
A- A+

İtaliyada koronavirusdan ölənlərin sayı 3400-ə çatıb


İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı 427 nəfər artaraq 3405 nəfərə çatıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib. Yeni məlumat onu göstərir ki, İtaliyada ölüm halları Çində qeydiyyata alınandan (3245) çoxdur. "Sağalanların sayı 4440-a çatıb, yoluxanların sayı 4480 nəfər artaraq 33190 nəfər olub”, - deyə A.Borrelli bildirib.

Sağalanlar və ölənlər də daxil olmaqla İtaliyada koronavirusa ümumilikdə 41 mindən çox insan yoluxub.

Yeni növ koronavirusa yoluxma 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, sonralar 140-dan çox ölkəyə yayılıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi tanınıb. Son məlumata görə, dünyada koronavirusa 210 mindən çox insan yoluxub, 8,5 mindən çox insan bu xəstəlikdən ölüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video