Alternative content

08:20 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:19 20.03.2020


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə Şeyxülislam qədim, mübarək Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Təaladan səadət və rifah, xoş əhvali-ruhiyyə və bayram sevinci diləyib: "Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən xalqımız Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndirir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsinin, dirçəlişinin rəmzi olub, insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini daha da artırır”.

Şeyxülislam bildirib ki, Allaha çox şükürlər olsun, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçısı Prezident İlham Əliyevin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlarda, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş müdrik dövlət siyasətində görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Əlhəmdülillah, dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti, dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq ideyalarına sədaqəti sayəsində multikultural Azərbaycan bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik çağırışları ilə dünyanın gündəmindədir. Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində yeni parlamentimizin fəaliyyətə başlaması millətimiz, dövlətimiz üçün xeyirlərə vəsilə olsun!

"Uca Yaradana məhəbbəti, yaratdıqlarına şükür-sənanı və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edir, xəstələrin şəfa tapmasını diləyirik. İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir, bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunub. Ümidsizliyə qapılmaq, təxribatlara uymaq şeytan əməlidir. Dindarları, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı hökumətimizin tövsiyə və qərarlarına əməl etməyə, dualar edərək sabaha ümidlə baxmağa çağırırıq. İnanırıq ki, Allahın köməyi ilə, dövlət başçımızın rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verəcəkdir, inşallah! Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun, xalqımıza salamatlıq və firavanlıq bəxş etsin!

Əziz həmvətənlərim! Novruz bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allah-Təala bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin!

Novruzun qədəmləri mübarək olsun, xalqımız üçün xeyirlərə vəsilə olsun!”, - deyə təbrikdə bildirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM