20 Mart 2020 01:17
1083
İQTİSADİYYAT
A- A+

Yazın gəlişi təsərrüfat işlərini canlandırıb


Ötən təsərrüfat ilini uğurla başa vuran kənd əməkçilərimizin məqsədi cari ildə nailiyyətləri daha da artırmaqdır. Belə ki, məqsədyönlü tədbirlər sayəsində rayonumuzun taxılçıları 50.297 ton məhsul istehsal etmiş, hər hektarın orta məhsuldarlığı 43.2 sentner olmuşdur. Cari ilin məhsulu üçün isə 11.038 hektar sahədə taxıl əkilmişdir. Hazırda zəmilərin yaz becərilməsi yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir.

Pambıqçılarımızın ötənilki nailiyyətləri də sevindirici olmuşdur. Onlar tədarük məntəqələrinə 34.964 ton pambıq təhvil vermişlər. Hər hektarda orta məhsuldarlıq 33.6 sentner olmuşdur. Bu da pambıqçılıq rayonları arasında qazanılan ən yüksək göstəricilərdən biridir. Bu il rayon üzrə 10 min hektar sahəyə çiyid səpmək nəzərdə tutulub və bu məqsədlə 1885 nəfər torpaq istifadəçisi ilə müqavilələr bağlanıb. Çiyid səpiləcək sahələrin şumlanması, qış aratına qoyulması aqrotexniki qaydalara uyğun həyata keçirilmişdir. Yaz-tarla işlərində istifadə ediləcək texnikanın keyfiyyətli təmiri diqqət mərkəzində saxlanılmış, 57 şum, 129 becərmə traktoru, 58 çiyidsəpən, 94 kultivator, 35 dərmansəpən, 55 kombayn hazır vəziyyətə gətirilmişdir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonumuzda baramaçılığın inkişafına da böyük önəm verilir. Keçən il 36.6 ton barama istehsal edən kümçülərimizin builki hədəfi daha yüksəkdir. İpəkqurdlarını bol yeməklə təmin etmək üçün hazırda mövcud tut ağaclarına qayğı ilə qulluq edilir, kümxanaların sahəsini genişləndirmək üçün tədbirlər görülür.

Aqrar sektorun inkişafına dövlət səviyyəsində göstərilən davamlı qayğı qazandığımız uğurların əsas şərtidir. Dövlət büdcəsi hesabına ödənilən subsidiyalar əsasən buğda, pambıq, barama, şəkər çuğunduru, arıçılıq, süni mayalanma və təkrar əkin sahələrini əhatə edir. Subsidiya ödənişində bu ildən yeni qaydalar tətbiq olunur. Yeni qaydaların tətbiqi ilə bağlı kənd əməkçiləri arasında məqsədyönlü maarifləndirmə işləri aparılmış, mütəxəssislər tərəfindən bölgələrdə seminarlar keçirilmişdir.

Bir sözlə, dövlətin aqrar sektorun inkişafına göstərdiyi böyük qayğı və diqqət kənd sakinlərinin işə marağını daha da artırmış və onlar cari ildə yeni hədəflərə çatmağı qarşılarına məqsəd qoymuşlar.

Vüqar İSMAYILOV,

Bərdə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video