20 Mart 2020 01:15
1530
Mədəniyyət
A- A+

Çövkən


Qədim oyunlardan olan "Çövkən” çevik, cəld, dözümlü, mərd igidlərin hazırlanmasında müstəsna rol oynamış və Yaxın Şərq ölkələrində ən məşhur oyuna çevrilmişdir. Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasında bu oyunun təsvirinə geniş yer verilmişdir.

Şirinə dedi ki: "Gəl, at çaparaq,

Bu geniş düzəndə çövkən oynayaq”.

Xosrovun çövkəninə top atdılar,

Gözəllər səs-küyə at oynatdılar…

Topa yel əlindən vuranda çövkən

Günəşin topunu salırdı tovdan.

Bu oyun ağacdan hazırlanan "Çövkən” adlı alətin adı ilə bağlıdır. "Çövkən”in qaydası üzrə oyunçular - atlılar bir-birinə rəqib iki dəstəyə ayrılaraq topu uzunluğu 120-130 santimetr ucu əyri çövkənlə rəqib qapısından keçirməli idilər. Oyun uzunluğu 90-150 metr, eni 60-120 metr olan sahədə keçirilirdi. Meydançanın hər iki qurtaracağında ağac dirəklərdən düzəldilən qapı sütunlarının hündürlüyü 2,50 metr olur. Mənbələrdən məlum olur ki, fasilə ilə 2 saat davam edən oyun musiqi ilə müşayiət edilərmiş. Oyun üçün xüsusi təlim görmüş atlar saxlanılarmış. Oyun başlanmazdan əvvəl şeypurlar səslənər, sonra xüsusi alayın sərkərdəsi topu meydana daxil edər, beləliklə, yarış başlanarmış. Bütün oyunçular milli geyimdə - papaq, arxalıq, gen şalvar, yüngül ayaqqabıda çıxış edərmişlər. Oyunu 3 hakim idarə edər. Baş hakim süvari olurmuş.

Yeri gələndə el qızları da oğlanlarla birlikdə cıdıra çıxar, at çapar, ox və nizə atar, qılınc oynadar, digər oyun və əyləncələrlə məşğul olarmışlar.

"Kİtabi-Dədə Qorqud”da Banuçiçəklə Beyrəyin yarışması, habelə "Qəpəq oyunu” və ya "Piyala və ox”, "Baharbənd”, "Yaylıq”, "Gərdək qaçırma”, "Sür papaq” və s. atüstü oyunlar da orta əsrlərdən toy mərasimlərində və el şənliklərində ən çox sevilən oyunlardan olub.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video