Alternative content

08:15 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət edib
Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:57 19.03.2020

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünyada yayılmış koronavirus (COVID-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir.

ASK-dan AZƏRTAC-a bildirilib ki, insan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin icrası hər kəs üçün vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür.

"Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı, qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hissediləndir. Ona görə də, bu qəbildən olan sahibkarların fəaliyyətinin davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı var.

Artıq bir neçə gündür ki, Azərbaycan Sahibkarlar Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanıb və bir neçə "qaynar xətt” yaradılıb. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyası hesab edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti formalaşıb. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.

Sahibkarlar Konfederasiyası olaraq, konfederasiyanın üzvü olan bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini tövsiyə edirik”, - deyə ASK-ın məlumatında qeyd olunur.

Sahibkarların müraciətləri üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının əlaqə vasitələri:

E-mail: "[email protected]

Sahibkarlarla İş və Kommunikasiya şöbəsi: Mob: +994 51 229 97 22

Beynəlxalq Əlaqələr və Dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28

Hüquq və Sosial Tərəfdaşlıq şöbəsi: Mob: +994 51 229 97 24



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM