Alternative content

08:17 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
16:25 19.03.2020

Tarixboyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı aktları sırasında 31 mart soyqırımı xüsusi yer tutur. 1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin müsəlmanlara ilk atəşi açması, bir gün sonra isə bolşevik-daşnak qruplaşmalarının azərbaycanlılar yaşayan "Kərpicxana”, "Məmmədli” və başqa məhəllələrə hücum etmələri ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törətmişlər.

Ermənilər Bakı ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktı törətmişlər. Bütövlükdə isə 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter almış, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoymuşlar. Hadisələr zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115, Qars vilayətinin 98 kəndinin dağıdılması və yandırılması, çoxsaylı evlərin talan edilməsi, yüzlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi erməni millətçilərinin xalqımıza qarşı soyqırımı siyasətini əks etdirən konkret faktlar və acı tarixi həqiqətdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilmiş, 132 min azərbaycanlı amansızcasına öldürülmüşdür. Həmçinin azərbaycanlılara məxsus məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının, Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə”nin yandırılması, "Açıq söz”, "Kaspi”, "Baku” qəzetlərinin redaksiyalarının, eyni zamanda, Təzəpir məscidinin minarələrinin dağıdılması erməni vandalizminin daha bir nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya birliyinə, beynəlxalq təşkilatlara, ombudsmanlar institutlarına, diplomatik nümayəndəliklərə və digər qurumlara ünvanlanmış bəyanatında yer alır.

Bəyanatda deyilir ki, 1918-ci ildə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur. 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin gün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunmaqdadır.

Aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, həmçinin Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba Soyqırımı Memorial Kompleksi erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlilləri özündə əks etdirir.

1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycanın demək olar bütün ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər məhz soyqırımı cinayətidir. Minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilmişdir. BMT Baş Assambleyasının 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. Soyqırımı cinayətinin əlamətləri BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuşdur. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmişdir və odur ki, bu hadisələr beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi qiymətləndirilməlidir.

Tarixi faktlar göstərir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qoyulması, habelə erməni millətçilərinin təcavüzkar iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min azərbaycanlı qətlə yetirilmişdir.

Sənəddə qeyd olunur ki, 1988-ci ildən erməni millətçiləri yenidən fəallaşmağa başlamışlar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş, işğalçılıq siyasətinə başlamış, soyqırımı cinayətləri törətmiş və bu gün də həmin təcavüzün ağır nəticələri davam edir.

Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımlarından birini törətmiş və şəhəri viran etmişlər. Xocalı şəhəri ilə yanaşı, erməni millətçiləri və terrorçuları Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımları, kütləvi qırğınlar törətmişlər.

Biz beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq dünya ictimaiyyətini – dövlətləri və beynəlxalq təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırımını tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Azərbaycanın BMT tərəfindən tanınan əzəli torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, ölkəmizin ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM