19 Mart 2020 15:17
757
DÜNYA
A- A+

ABŞ-da koronavirusdan ölənlərin sayı 147 nəfərə çatıb

ABŞ-da koronavirus xəstəliyindən ölüm hallarının sayı hər gün artır.

AZƏRTAC xəbər verir ki, martın 18-nə olan məlumata görə, ABŞ-də son üç həftə ərzində 140-dan çox ölüm hadisəsi qeydə alınıb. Virus sürətlə yayılır. Çərşənbə günü səhər Nyu-York ştatında 1000-dən çox yeni yoluxma halı aşkarlanıb.

ABŞ-ın 50 ştatında və paytaxt Vaşinqtonda koronavirusa yoluxma hallarının ümumi sayı artaraq 8264-ə çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, virusa yoluxmuş 147 xəstə həyatını itirib. Ştatların çoxunda məktəblər, ictimai müəssisələr bağlanıb. Əyləncə gecələri, görüşlər və idman tədbirləri ləğv edilib. Bəzi yerlərdə insanların evdən çıxmasına qadağalar qoyulub.
Ölümlə nəticələnmiş 147 yoluxma halının 35-i Vaşinqton ştatındakı qocalar evinin payına düşür. Ştatda hər gün bir neçə yüz yeni yoluxma qeydə alınır. Çərşənbə axşamı günü yeni yoluxma hallarının sayı 1300-dən çox olub.

Antarktida istisna olmaqla, bütün qitələrə yayılmış xəstəlik dünya üzrə ümumən 219 mindən çox insana yoluxub. Cons Hobkins Universiteti yanında sistemotexnika və mühəndislik Mərkəzinin məlumatına əsasən, koronavirus 8700-dən çox insanın həyatına son qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video