19 Mart 2020 14:56
978
İQTİSADİYYAT
A- A+

Mixail Qusman: Rusiya və Azərbaycan aviaşirkətləri arasında çarter reysləri barədə razılaşma Moskva ilə Bakının dostluq münasibətlərinin daha bir göstəricisidir


Rusiya və Azərbaycan arasında birgə çarter reyslərinin həyata keçirilməsi barədə AZAL-ın və "Aeroflot”un operativ şəkildə əldə etdikləri razılıq Moskva ilə Bakının sıx dostluq münasibətlərinin daha bir göstəricisidir.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu sözləri AZƏRTAC-a müsahibəsində deyib. O xatırladıb ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın və Rusiyanın hökumət başçıları iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərinin martın 18-də saat 00:00-dan müvəqqəti dayandırılması barədə razılıq əldə ediblər. M.Qusman deyib: "Elə ertəsi gün AZAL və "Aeroflot” aviaşirkətləri Rusiya və Azərbaycan arasında qarşılıqlı çarter reyslərinin həyata keçirilməsi barədə razılığa gəldilər və artıq 697 Azərbaycan vətəndaşı Moskvadan və Sankt-Peterburqdan Bakıya çatdırılıb. Mən özüm Moskvadan Bakıya sonuncu reyslə uçmuşam. Onda hələ vəziyyətin necə olacağı aydın deyildi. Lakin rəsmi hakimiyyət orqanları bütün məsələləri həmişəki kimi operativ həll etdilər”.

Mixail Qusman vurğulayıb ki, Monteneqroda yerli hökumət orqanlarının Rusiya aviaşirkətlərinə öz vətəndaşlarını təxliyə etməsinə razılıq verməməsi səbəbindən minədək rusiyalı turist öz vətəninə qayıda bilmədi.

"Rusiya və Azərbaycanın aviaşirkətləri arasında birgə çarter reyslərin yerinə yetirilməsi barədə əldə edilmiş razılıq, bütün məsələlərin bu cür operativ və işgüzarcasına həll edilməsi Moskva ilə Bakı arasında sıx dostluq münasibətlərinin daha bir göstəricisidir. Bu münasibətlərin əsasını ölkələrimizin prezidentləri arasında şəxsi qarşılıqlı əlaqələr, sıx əməkdaşlıq və dostluq münasibətləri və əlbəttə ki, ən müxtəlif istiqamətlərdə hərtərəfli və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üzrə Azərbaycanda və Rusiyada aparılmış çoxillik işin nəticəsi təşkil edir”, - deyə M.Qusman qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video