Alternative content

07:19 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İranda hər 10 dəqiqədə 1 nəfər koronavirusdan həyatını itirir
İranda hər 10 dəqiqədə 1 nəfər koronavirusdan həyatını itirir
ANA SƏHİFƏ / DÜNYA
12:51 19.03.2020

İranda hər 10 dəqiqədə 1 nəfər koronavirusdan ölür, hər saatda isə 50 nəfər virusa yoluxur.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur özünün "Twitter” səhifəsində yazıb.

Bu günə (19 mart) olan məlumata görə İranda yoluxanların sayı 17 min 361, ölənlərin sayı 1135, sağalanların sayı isə 5 min 710 nəfərdir.

İranda virusa qarşı mübarizə tədbirləri davam edir.

Bir həftə əvvəl Semnan vilayətində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 103 yaşlı qadın sağalaraq evə buraxılıb. Bu qadın İranda koronavirusdan sağalan ən yaşlı insandır.

İranın Xarici İşlər naziri İsveçli həmkarı ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı bildirib ki, sanksiyalar virusun yayılmasının qarşısını almaqda böyük əngəllər törədir və günahsız insanlar dünyanın gözü qarşısında həyatını itirirlər.

Nazir ABŞ-ın ötən gün İran şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları tənqid edərək onları antihumanist adlandırıb və dünya ictimaiyyətini insanlıq əleyhinə yönəlmiş siyasətə göz yummamağa çağırıb.

Bu arada isə İranda dezinfeksiya işləri davam edir. Dezinfeksiya işlərinə İran ordusunun kimyəvi silahlardan müdafiə qüvvələri də cəlb edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM