19 Mart 2020 10:57
610
DÜNYA
A- A+

Çində ilk dəfə ötən sutka koronavirusa yoluxma qeydə alınmayıb

Çinin materik hissəsində yeni tip koronavirus (COVID-19) epidemiyası başlayandan bəri ilk dəfə ötən sutka ölkə daxilində ötürülmə yolu ilə yoluxma qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Ötən sutka ərzində 34 nəfərdə COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb ki, onların da hamısı xaricdən Çinə gələnlərdir. Ötən gün Çində COVID-19 səbəbindən 8 ölüm halı baş verib ki, onların da hamısı virusun episentri olan Xubey vilayətinin inzibati mərkəzi Uxanda qeydə alınıb.

Beləliklə, Çində COVID-19-a yoluxanların sayı 80 min 928, ölənlərin sayı isə 3245 nəfərə çatıb. İndiyədək 70 min 420 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çinin materik hissəsindən başqa, Honkonq xüsusi inzibati bölgəsində 192 yoluxma, 4 ölüm, 95 sağalma, Makao xüsusi inzibati bölgəsində 15 yoluxma, 10 sağalma, Tayvan adasında isə 100 yoluxma, 1 ölüm, 22 sağalma halı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video