19 Mart 2020 10:53
1365
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb


Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun və "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə təqdim ediblər. Aztəminatlı ailələrə Novruz bayramı münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri çatdırılıb.

Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video