Alternative content

07:31 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq
TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 19.03.2020


Kəmərin bu ilin sonunadək işə düşəcəyi gözlənilir


1994-cü ildən neft-qaz sektorunda başladığı məqsədyönlü və genişmiqyaslı işlər Azərbaycanı Avropanın sabit və təhlükəsiz enerji təchizatçısına çevirib.

O cümlədən CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələr arasında bağlantılar, iqtisadi inteqrasiya yaradan, dünyanın enerji xəritəsini yenidən tərtib edən sistem kimi formalaşıb. Bir zamanlar mif kimi görünən "Cənub qaz dəhlizi” bu il TAP-ın çəkilişinin başa çatması ilə tam gerçəkləşəcək.

TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Layihənin ondan əvvəlki üç hissəsi artıq fəaliyyətdədir. Belə ki, "Şahdəniz-2”dən 2018-ci ilin ortalarından qaz nəql olunmağa başlayıb. CQBK-nın genişləndirilməsi tamamlanıb. 2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP 2019-cu ilin sonunda Avropa sərhədinə çatıb, bununla da qazı TAP-a ötürmək üçün tam hazır olub.

TAP-ın çəkilişində də işlər sona çatmaq üzrədir. Burada işlərin 93 faizdən çoxu tamamlanıb. Xətt boyu düzülən borular qaynaqlanır, xəndəyə endirilir və onların üstü torpaqla örtülərək ərazinin əvvəlki görkəmi bərpa olunur. Beləliklə, tikinti gedən yerlərdə hər gün yüzlərlə metr sahə təmizlənir.

"Cənub qaz dəhlizi” Məşvərət Şurasının bu il fevralın sonunda Bakıda keçirilən VI toplantısında TAP-ın icraçı direktoru Luca Schieppati bildirib ki, kəmərin Yunanıstan, Albaniya və İtaliyadakı quru hissəsində boruların hamısı torpağa basdırılıb. Üç ölkədə boruların 99 faizi marşrut xətti boyunca düzülüb və qaynaqlanıb. Kəmərin marşrutu boyu inşaat işləri gedən sahələrin 99 faizində xəndəklər torpaqla örtülüb və əraziyə öz əvvəlki görkəmi verilib.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üçün nəzərdə tutulan yerüstü obyektlərində də işlər ahəngdar gedir. Biri Yunanıstanın Kipoi, digəri Albaniyanın Fier məntəqəsində olan iki kompressor stansiyasının inşası yekunlaşıb. Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də tamamlanıb. İtaliyadakı təbii qazın qəbulu terminalının tikinti işlərinin 80 faizi artıq görülüb. Layihə çərçivəsində İtaliyanın "Saipem” şirkətinin borudüzən gəmisi ölkənin Sanfoka bölgəsində işlərə start verib.

Məlum olduğu kimi, TAP-ın böyük bir hissəsi Adriatik dənizinin altından keçir. Kəmərin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Albaniya sularında boruların dənizin dibində quraşdırılması artıq başa çatıb.

TAP-ın icraçı direktorunun sözlərinə görə, ötən ilin noyabrında kəmərin Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıb. Növbəti aylarda bu proses Albaniya və İtaliyada da həyata keçiriləcək. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin bu ilin oktyabr ayında, yəni xəttin İtaliyaya qədər olan hissəsinin tam istifadəyə verildiyi və sınaqdan keçirildiyi vaxtda gözlənilir.

Xatırladaq ki, TAP üç ölkənin ərazisində 878 kilometr məsafə qət edir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu - bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Pete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

"Snam” şirkətinin Beynəlxalq əlaqələr və biznesin inkişafı üzrə direktoru Alessandra Pasini Azərbaycanla əməkdaşlığı getdikcə daha da genişləndirmək fikrində olduqlarını bildirib. Belə ki, bərpa olunan qazların gələcəkdə "Cənub qaz dəhlizi” və TAP vasitəsilə nəqli nəzərdə tutulur. Buna görə də "Snam” TAP-ı "Snam Pete” şəbəkəsinə birləşdirən 55 kilometrlik bir interkonnektorun inşasını da planlaşdırır.

TAP həmçinin "Cənub qaz dəhlizi”ni Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan interkonnektoru, İon-Adriatik qaz kəməri, eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) ilə əlaqələndirmək imkanına malik ola bilər. Beləliklə, bu kəmər Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələri bəxş edər.

TAP strateji əhəmiyyət daşıyan bir layihədir. O, Avropanın karbohidrogenlərə olan tələbatını ödəməkdə və enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM