Alternative content

22:24 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir
Hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir
ANA SƏHİFƏ / Səhiyyə
00:36 19.03.2020


Mehriban ƏLİYEVA: "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik,mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”


Dünyanı başına alan koronavirus infeksiyasının ayrı-ayrı ölkələrdə yayılması gündən-günə daha da sürətlənir. İndi bu xəstəliklə bağlı etiraf olunan əsas həqiqətlərdən biri odur ki, Çində ilk günlərdə yüngül əlamətləri olan belə xəstələr uzun müddət aşkarlanmayıblar. Bu da tədricən infeksiyanın şiddətlənməsinə, daha da ayaq tutub yeriməsinə və geniş areala yayılmasına gətirib çıxarıb.


Dünyada 200 mindən çox insan koronavirusa yoluxub


Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı son statistik məlumatlarına əsasən, xəstəlik 167 ölkədə özünü büruzə verib. Bütün dünya üzrə 200 mindən çox insan koronavirusa yoluxub. Xəstəliyin ilk baş qaldırdığı Çində 81 min 102 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 3200-dən çoxu vəfat edib, təxminən 69 min 718 nəfər isə sağalıb.

Koronavirusun Çindən sonra daha çox yayıldığı İtaliyada vəziyyət kritikdir. İndiyədək bu ölkədə 31506 nəfərdə bu infeksiya aşkarlanıb. Onlardan 2503 nəfəri dünyasını dəyişib, 2941 nəfəri sağalıb. İranda 16 min 169 nəfər, İspaniyada 13 min 716 nəfər, Almaniyada 9877 nəfər, Cənubi Koreyada 8413 nəfər, Fransada 7696 nəfər, ABŞ-da 6496 nəfər koronavirusa yoluxub. Onların bir qismi dünyasını dəyişib. Xəstəliyin bütün qitələrdə yayıldığı nəzərə alınaraq DST tərəfindən koronavirus qlobal pandemiya elan edilib. Ümumilikdə indiyədək 7 min 989 nəfər bu virusdan vəfat edib, 82 min 779 nəfər isə sağalıb.

Reallıq göstərir ki, hələlik müalicəsi tapılmasa da, yüngül əlamətlərin özünü büruzə verdiyi andan lazımi tibbi müdaxilə olunarsa, sağalmaq mümkündür. Bununla yanaşı, digər vacib məsələ koronavirusun yayılmasının qarşısını almaqdır. Çünki koronavirusun xarakterik cəhətlərindən biri də öldürücü xüsusiyyətə malik olması ilə yanaşı, insana tez yoluxmasıdır.

Təsadüfi deyil ki, bütün dövlətlər sərt izolyasiya tədbirlərinə əl atmağa məcbur olublar. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmamasına görə ayrı-ayrı xarici təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, daxili həyatda sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Əksər dövlətlər arasında sərhədlər bağlanılıb, təyyarə uçuşları dayandırılıb, turist səyahətləri ləğv edilib, idman və digər kütləvi tədbirlər təxirə salınıb.


Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətdir


Azərbaycanda da koronavirus infeksiyasına yoluxanlar var. Lakin öncə onu qeyd etməliyik ki, Azərbaycandakı vəziyyət bu virusun yayıldığı digər ölkələrlə müqayisədə təhlükəli deyil. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın dünənki məlumatına əsasən, koronavirus aşkarlanmış 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar. Hazırda Azərbaycanda 23 nəfər koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qeyd etdiyimiz kimi, bu gün koronavirusla mübarizədə başlıca vəzifələrdən biri təxirəsalınmaz izolyasiya tədbirlərinin həyata keçirilməsidir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Tətbiq olunmasına başlanılan sosial izolyasiya tədbirlərinə əsasən ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kino, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Toy məclislərinin keçirilməsi qadağan edilib. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi də qadağandır.

Xüsusən insanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin etməyini nəzərə alaraq, ölkə daxilində və xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi üçün bu gündən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub. O cümlədən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır. Ölkə ərazisindəki hava limanlarından da Bakıya sərnişin daşınmasına fasilə verilir.


Karantin rejiminə əməl etməyənlər ciddi məsuliyyət daşıyacaqlar


Həyata keçirilən təxirəsalınmaz tədbirlərdən biri də xaricdən gələn vətəndaşların müayinədən keçirilməsi və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdirilməsidir. Təəssüf ki, bəzi hallarda vətəndaşlar bu tələbə əməl etmək istəmirlər. Lakin Cinayət və İnzibati Xətalar məcəllələrinə edilmiş dəyişikliyə əsasən buna əməl etməyənlər daha ciddi məsuliyyət daşıyacaqlar.

Milli Məclisin son iclasında Cinayət Məcəlləsinə 139-1-ci maddə əlavə olunub. Bu maddəyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Laqeydlik yolverilməzdir


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət edib. Mehriban Əliyeva hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb: "Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”.

Azərbaycan koronavirusla mübarizədə hər cür potensiala malikdir. Dövlət qurumlarının bu məsələdə operativ fəaliyyəti, təxirəsalınmaz tədbirlərin, o cümlədən operativ şəkildə sosial izolyasiya mexanizminin işə salınması göstərir ki, hər bir vətəndaşın təhlükəsizliyi və sağlamlığı prioritetdir. Bu qlobal pandemiya həm də milli təhlükəsizlik məsələsidir. Ona görə Mehriban Əliyevanın qeyd etdiyi kimi, laqeydlik yolverilməzdir və hər kəs diqqətli olmalı, vətəndaş məsuliyyəti nümayiş etdirməlidir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM