Alternative content

14:10 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Klassik ənənələrlə yaşayan alim
Klassik ənənələrlə yaşayan alim
ANA SƏHİFƏ / Mədəniyyət
00:26 19.03.2020


Görkəmli tarixçi-şərqşünas alim, tarix elmləri doktoru, professor, nəcib, xeyirxah, ləyaqətli insan, tanınmış qəzəlxan Şahin Fazil oğlu Fərzəliyev!

Respublikamızda Azərbaycanın orta çağlar tarixi üzrə tanınmış mütəxəssislərindən biri, 38 kitabın və 300-dən çox yüksək elmi dəyərə malik məqalənin müəllifi, tanınmış qəzəlxan Şahin Fazilin bu günlərdə 80 yaşı tamam olur.

Onu başqalarından fərqləndirən, bizlərə sevdirən xüsusiyyəti, bənzərsizliyi - istər sovet dönəmində, istərsə də müstəqillik dövründə alimin fikirlərinin, baxışlarının dəyişməz qalmasıdır. Sifarişlə tarix yazmaqdan uzaq olan Şahin müəllimin həmişə başlıca amalı - Azərbaycanın Orta əsrlər tarixi məsələlərini şərəflə yazmasıdır.

Bütün ömrünü AMEA Tarix İnstitutu ilə bağlayan və hazırda bu elmi araşdırma ocağında "Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinə rəhbərlik edən professor Şahin Fərzəliyev ölkəmizin görkəmli ortaəsrşünaslarından biri, sanballı əsərlər və elmi nəticələrinə görə tarix elmində seçilən-sayılan tarixçimizdir.

Ş.Fərzəliyev 1940-cı il martın 27-də Azərbaycanın dilbər güşələrindən biri olan Quba şəhərində dünyaya göz açmışdır. O, 1959-cu ildə Şərq tarixinə və mədəniyyətinə, xüsusilə ədəbiyyata olan həvəsini nəzərə alaraq sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verir və Fars filologiyası şöbəsinə daxil olur, təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1963-cü ildə hələ 5-ci kursda oxuyarkən istedadlı gənc mütəxəssis kimi xaricə - Əfqanıstana tərcüməçi vəzifəsinə göndərilən Şahin Fərzəliyev 1988-ci ilədək müəyyən fasilələrlə 13 il ərzində Əfqanıstanın müxtəlif şəhər və vilayətlərində yaşayıb fəaliyyət göstərir. Lakin tarix elminə olan maraq və həvəs onu tədricən elm sahəsinə istiqamətləndirir və o, həyatının əsas hissəsini məhz bu sahəyə həsr edir.

Ş.Fərzəliyev tarix sahəsində elmi fəaliyyətə başlamaq arzusu ilə 1970-1973-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirir. Bu dövrdə Azərbaycan Səfəvi dövlətinin tarixinə aid farsdilli mənbələri tədqiq, tərcümə və elmi dövriyyəyə cəlb etməklə həmin sahənin mənbəşünaslıq bazasının zənginləşdirilməsinə böyük ehtiyac duyulurdu. Təsadüfi deyil ki, Şahin Fərzəliyevin namizədlik dissertasiyasının mövzusu da bu istiqamətdə atılan uğurlu addımlardan biri idi. Belə ki, o, mərhum professor Oqtay Əfəndiyevin elmi rəhbərliyi altında XVI əsr azərbaycanlı tarixçi "Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” əsəri Azərbaycan tarixinin mənbəyi kimi” adlı namizədlik dissertasiyasını 1974-cü ildə müvəffəqiyyətlə müdafiə edib, sonrakı elmi fəaliyyətini bu sahədə tədqiqatlar aparmaqla davam etdirdi. 1983-cü ildə onun "Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” əsəri əsasında)” adlı monoqrafiyası nəşr olundu.

Tarix İnstitutunda bütün fəaliyyəti dövründə Ş.Fərzəliyev Azərbaycanın XV-XVI əsr dövlətlərinin Orta əsr qüdrətini bugünkü nəsillərə çatdırmaq və öz elmi prinsiplərini sübuta yetirmək üçün Azərbaycanın və İranın tarixinə dair onlarla yeni əlyazmaları, ilk mənbələri aşkara çıxarmış, onları geniş oxucu və tədqiqatçıların ixtiyarına vermişdir.

Professorun Azərbaycan mənbəşünaslığı sahəsində xidmətləri olduqca böyükdür. Görkəmli alim XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Səfəvilər dövlətinin tarixi ilə bağlı farsdilli qaynaqların və Osmanlı mənbələrinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşdu. Osmanlı müəllifi Firudin Əhməd bəyin topladığı "Münşəate-səlatin”("Sultanlara aid yazışmalar”) adlı məktublar məcmuəsindən Çaldıran savaşı ərəfəsində I Sultan Səlim ilə I Şah İsmayılın məktublarını; polyak səyyahı Yan Tadeuş Kruşinskinin şəxsi müşahidələri əsasında Səfəvilər dövlətinin süqutu, paytaxt İsfahan şəhərinin əfqanlar tərəfindən işğal olunması hadisələrindən bəhs edən "Xristian səyyahın tarixi” əsərini, Jozef Tiflisinin "Vaqiati-Mir Veys və Şah Hüseyn” adlı əsərini doğma dilimizə tərcümə edərək nəşr etdirmişdi.

XX əsrin 90-cı illərində Şahin müəllim doktorluq mövzusu üzərində gərgin işləməyə başladı. 1994-cü ildə onun "Azərbaycan və Osmanlı imperiyası” adlı monoqrafiyası işıq üzü gördü. Monoqrafiyada dövrün epistolyar qaynaqlarından geniş istifadə olunmaqla XV-XVI əsrlərdə Azərbaycan dövlətləri ilə Osmanlı imperiyası arasındakı qarşılıqlı əlaqələrə aydınlıq gətirildi. Tarixşünaslığımızda ilk dəfə olaraq Şahin müəllim tərəfindən Osmanlı müəllifi Firudin bəyin "Münşəate-səlatin” əsərindəki diplomatik yazışma sənədləri, rəsmi məktubları tədqiqata cəlb edilərək Azərbaycan dövlətlərinin (Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar, Səfəvilər) Osmanlı imperiyası ilə qarşılıqlı əlaqələri dərindən araşdırılmış, bəhs olunan Azərbaycan dövlətlərinin regionda baş verən hərbi-siyasi hadisələrdəki mövqeyi aydınlaşdırılmışdır.

1996-cı ildə isə Şahin Fərzəliyev XV-XVI əsrlər Azərbaycan dövlətlərinin (Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvilər) Osmanlı imperiyası ilə münasibətlərinin tədqiqinə həsr olunmuş "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. O, 1999-cu ildə daha da təkmilləşdirilmiş olan "Azərbaycan və Osmanlı imperiyası” adlı fundamental monoqrafiyasını elmi ictimaiyyətin diqqətinə çatdırmışdı.

Yeddi cildlik "Azərbaycan tarixi”nin III cildinin müəlliflərindən biri olan Şahin müəllim Azərbaycanın Orta əsrlər tarixinin müxtəlif məsələlərinin araşdırılmasında öz sözünü deməyi bacarmış tarixçilərdəndir.

Onun tarix elminə verdiyi ən böyük töhfə Orta əsr görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi” ("Tarixi-aləmarayi-Abbasi”) əsərinin ana dilimizə tərcüməsidir. Azərbaycan Səfəvilər dövlətinin yaranmasından, I Şah Abbasın hakimiyyəti dövrü də daxil olmaqla tariximizi nəql edən və səfəvişünaslığın ən sanballı mənbələri arasında xüsusi yeri olan bu qiymətli ilkin mənbədən dünya ölkələrinin bir çox məşhur tarixçiləri, o cümlədən Azərbaycan tarixçiləri Azərbaycan, Cənubi Qafqaz, İran və digər Yaxın və Orta Şərq ölkələrinin tarixindən bəhs edərkən İsgəndər bəy Münşiyə dönə-dönə istinad etmişlər.

Bu qiymətli əsərin müxtəlif hissələri osmanlı türkcəsinə, ingilis, rus və Azərbaycan dillərinə tərcümə olunduğu halda, əsərin bütöv olaraq ana dilimizə tərcüməsi son dövrədək mövcud deyildi. Bu əsəri hələ 1939-1950-ci illərdə M.Əfəndizadə, F.Babayev, A.Qasımov və Ə.Rəhmani Azərbaycan dilinə çevirməyə təşəbbüs göstərsələr də, müxtəlif səbəblərdən bu mənbənin tərcüməsi başa çatdırılmamışdı. Sonralar həmin iş Tarix İnstitutunun elmi tədqiqat planına daxil edilmiş və onun bütövlükdə deyil, yalnız Azərbaycana aid məlumatlarının tərcümə olunması qərara alınmışdı.

Məsələnin vacibliyini nəzərə alaraq, 2004-cü ildə Tarix İnstitutunun direktoru vəzifəsinə təyin olunan professor Yaqub Mahmudovun təklifi ilə institutun Elmi Şurası İsgəndər bəy Münşinin fars dilində yazdığı həmin əsərinin bütöv halda tərcümə olunması haqqında qərar qəbul etdi və həmin qərarın icrasına başlanıldı. İnstitutda həyata keçirilən bu qərar nəticəsində AMEA-nın müxbir üzvü, mərhum professor O.Ə.Əfəndiyev və onun yetirməsi N.S.Musalı tərəfindən əsərin tərcümə olunmuş birinci cildi 2009-cu ildə nəşr olundu.

Lakin orijinalda 3 cilddən ibarət olan İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi” əsərinin bütöv halda Azərbaycan dilinə tərcüməsi və nəşri məhz professor Şahin Fərzəliyevin gərgin əməyi sayəsində mümkün oldu. Bu əsər elmi şərhlərlə birlikdə ümumilikdə 2505 səhifədən ibarət olub iki kitab şəklində 2010-cu və 2014-cü illərdə nəşr olundu.

Professor Şahin Fərzəliyev Azərbaycan salnaməçilik məktəbinin incilərindən olan "Dünyanı bəzəyən Abbasın tarixi” əsərini ömrünün 14 ili ərzində gərgin zəhmət və yüksək tərcüməçilik məharəti hesabına ana dilimizdə ərsəyə gətirdi, mükəmməl elmi şərhlərlə təchiz etdi. Bu böyük uğuru nəzərə alaraq, müəllifi deyil, mütərcimi olduğu halda belə bu əsəri Şahin Fərzəliyevin elmi fəaliyyətinin "şah əsəri” adlandıra bilərik.

Sevindirici haldır ki, yorulmaz alim bu nailiyyətilə kifayətlənməyib, hazırda digər görkəmli Orta əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” ("Tarixlərin ən yaxşısı”) əsərinin doğma dilimizə tərcüməsini də uğurla başa çatdırmaqdadır. Əsərin birinci cildinin şərhləri yazılmış və hazırda nəşrə hazırlıq işləri başa çatmaq üzrədir. "Əhsənüt-təvarix” əsərinin ikinci cildinin tərcüməsi də tam bitmişdir və onun şərhlərinin yazılması inanırıq ki, Ş.Fərzəliyev tərəfindən yaxın zamanlarda uğurla tamamlanacaq və əsər çap olunaraq tarixçilərimizin ixtiyarına veriləcəkdir. Bu, Şahin müəllimin 80 illik yubileyinə ən yaxşı ərmağan olacaqdır.

Professor Şahin Fərzəliyevin doğma torpağa, elinə-obasına ülvi məhəbbətlə bağlı olması alimi öz doğma diyarının tarixini yazmağa sövq etmişdi. Qubanın tarixi keçmişi həmişə alimin maraq dairəsində olduğu üçün, özünün qeyd etdiyi kimi, Azərbaycan dövlətlərinin Osmanlı imperiyası ilə münasibətlər tarixini tədqiq etdiyi illər ərzində müxtəlifdilli ilkin mənbələrdə Quba haqqında mövcud olan məlumatların qeydiyyatını aparmışdı. Onun "Quba tarixi” adlı elmi monoqrafiyası ilk dəfə 2001-ci ildə işıq üzü görmüş, 2017-ci ildə isə təkmilləşdirilmiş ikinci nəşri çapdan çıxmışdır.

Professor Şahin Fərzəliyevin həyatında və yaradıcılığında "əfsanələr və reallıqlar dünyası” adlandırdığı Əfqanıstan mövzusu dərin iz buraxmışdır. O, Əfqanıstanda fəaliyyət göstərdiyi illərdə Azərbaycan şairlərinin əsərlərini farscaya çevirərək Kabulda, əfqan şair və yazıçılarının əsərlərini isə Azərbaycan dilinə çevirərək Bakıda nəşr etdirmişdir.

Şahin Fərzəliyev istedadlı bir şair kimi zəngin ədəbi yaradıcılığı, müasir Azərbaycan poeziyasında seçilən mövqeyi, ədəbi dilimizə olan təəssübkeşliyi ilə ədəbiyyat tariximizdə də özünəməxsus bir iz qoymuşdur.

Onun məqsədi poetik yaradıcılığında forma etibarilə klassik ədəbi ənənələrə sadiq qalaraq onlara yeni ruh, yeni nəfəs verməklə yaşatmaq, yeni nəsillərə sevdirməkdir. Məhz bu düşüncə şairi XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında ilk mətbu "Divan”ını yaratmağa sövq etmişdir.

İndiyədək şairin dörd divanı işıq üzü görmüş və beşinci divanı çap üçün nəşriyyata təqdim olunmuşdur.

Tarix İnstitutunda işləməklə yanaşı, professor Şahin Fərzəliyev uzun illər ölkəmizin müxtəlif dövlət universitetlərində (Bakı, Lənkəran, Sumqayıt) tarixdən mühazirələr oxumuş, dövlət imtahan komissiyalarının sədri seçilmiş, bir neçə Elmi Şuranın üzvü olmuş, 13 dissertasiya işinə rəhbərlik etmiş, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir. O, Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür.

Yazmaq istədikləri yazdıqlarından daha çox olan, daima yeni axtarışlar aparmaq, tarixin ənginliklərinə baş vurmaq və yazıb-yaratmaq əzmində olan Şahin Fərzəliyev mənalı və şərəfli ömrünün müdrik çağlarını yaşayır. Qoy bu çağlar qərinələrə dönsün, həmişə işıqlı və sevincli olsun!

Tofiq NƏCƏFLİ,

A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM