Alternative content

15:44 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncə üsyanının 100 illiyi ilə bağlı yeni tədqiqat əsəri nəşrə hazırlanır
Gəncə üsyanının 100 illiyi ilə bağlı yeni tədqiqat əsəri nəşrə hazırlanır
ANA SƏHİFƏ / Mədəniyyət
00:22 19.03.2020


Gəncə şəhərində 1920-ci ildə kommunist özbaşınalığına qarşı baş vermiş üsyanın 100 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsindən AZƏRTAC-a bildirilib ki, Gəncə üsyanının tarixi köklərinin elmi əsaslarla araşdırılması, xalqımızın qəhrəmanlıq mübarizəsi tarixində onun yeri və rolunun hərtərəfli tədqiq edilərək yeni bir monoqrafiyanın çap olunması nəzərdə tutulur.

Kitabın müəllifi Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov yeni nəşrin ərsəyə gətirilməsi məqsədilə geniş tədqiqat işləri aparıldığını, arxivlərdə işlədiyini, xeyli materiallar topladığını və bu tarixi üsyanla bağlı bir sıra elmi işçilərlə məsləhətləşmələr apardığını bildirib. Qeyd edib ki, Gəncə üsyanının 100 illiyi münasibətilə nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın qəhrəmanlıq mübarizəsi salnaməsinin daha bir səhifəsinə işıq salmaqla tariximizin dərindən öyrənilməsinə və tədqiqinə sanballı töhfə olacaq.

Üsyan 1920-ci il mayın 25-dən 26-na keçən gecə başlayıb. Qırmızı ordu hissələri qısa müddətdə şəhərin mühüm məhəllələrini nəzarətə götürüb. Buna baxmayaraq, mayın 29-da üsyançıların əks-hücumları bolşevikləri ağır vəziyyətə salıb və onlar böyük itki veriblər. Ağır məğlubiyyətdən sonra Qırmızı ordunun komandanlığı Gəncəyə xeyli əlavə qüvvə gətirib və yenidən hücuma keçib. Mayın 31-də gərgin və qeyri-bərabər döyüşdə Gəncə üsyanı yatırılıb, şəhəri tərk etmək imkanı olmayan üsyançılar və dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Gəncə üsyanının səbəbləri, tarixi əhəmiyyəti elmi cəhətdən araşdırılmayıb, yalnız bir necə məqalə və monoqrafiya dərc olunub, mətbuatda informasiya xarakterli məlumatlar verilib. Bolşevik hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra bu tarixi faktlar bilərəkdən unutdurulub, bu barədə danışanlar və yazanlar cəzalandırıldığı üçün tam tədqiq olunmayıb və həqiqi qiymətini almayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM