18 Mart 2020 15:29
1299
İDMAN
A- A+

Yaponiyada Olimpiya məşəli estafeti yüksək antivirus tədbirləri şəraitində keçiriləcək

 

"Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Yaponiyada Olimpiya məşəli estafetinin ilkin məsafələrində həyata keçiriləcək antivirus tədbirləri barədə məlumat yayıb.

AZƏRTAC Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, məşəl estafeti martın 26-da Fukuşima prefekturasında yerləşən "J-Village” futbol təlimi meydançasından start götürəcək. Aprelin 1-dək Olimpiya məşəli Toçiqi və Qumma prefekturalarının ərazilərindən keçiriləcək.

Təşkilat komitəsi xəstə insanlardan estafetin keçəcəyi marşrut boyunca tamaşaçı kütləsinə qoşulmamağı xahiş edib.

Hökumət orqanlarının bildirdiyinə görə, marşrut boyunca həddindən artıq tamaşaçı toplanacağı təqdirdə estafetin formatında dəyişikliklər aparıla bilər.

Təşkilatçılar, həmçinin qeyd ediblər ki, məşəl estafetinin "J-Village” bazasından başlanması və gündəlik yekun tədbirləri zamanı tamaşaçıların toplanmasına icazə verilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video