Alternative content

19:18 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri paytaxtımıza gətirilib
Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri paytaxtımıza gətirilib
ANA SƏHİFƏ / Elm və texnika
12:53 18.03.2020
 

Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiyaya çevrilməsi nəzərə alınaraq, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə təhsil alan tələbələrinin zərurət yarandığı halda təxliyə edilməsinə qərar verilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, artıq ali məktəbin neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuralıyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən təxliyə olunaraq, Bakıya gətirilməsi təmin edilib.

Bundan başqa, kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyə olunaraq ötən gün axşam "Azərbaycan Hava Yolları”na (AZAL) məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyə olunaraq ölkəmizə gətiriliblər.

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi.

Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - "Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən "Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı" layihəsinin qalibi olublar.

Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigiyenik qaydalara riayət etmələri, təxliyə zərurəti yarandığı halda mütləq şəkildə ali məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM