Alternative content

05:12 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentdə koronavirus müzakirələri
Parlamentdə koronavirus müzakirələri
ANA SƏHİFƏ / PARLAMENT
01:29 18.03.2020


Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə məsuliyyət sərtləşdirilir


Milli Məclisin martın 17-də keçirilən iclasında respublikamızda koronavirusla mübarizə ilə əlaqədar olaraq qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər müzakirə edildi.


Parlamentin komitə və komissiyalarının iclasları təxirə salınır


Parlamentin Sədri Sahibə Qafarova qeyd etdi ki, iclasda koronavirusla mübarizə ilə əlaqədar məsələlər müzakirə olunacaq. Azərbaycanda bu sahədə görülən işlərin Dünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini deyən Sahibə Qafarova bildirdi ki, Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib: "Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq parlamentdə də komitə və komissiyaların iclaslarının keçirilməsini dayandırmaq lazımdır”.


Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur


Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması məsələlərini əhatə edir. Bu məcəlləyə təklif olunan dəyişikliyə əsasən də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə inzibati məsuliyyət daha da sərtləşdirilir.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə məcəlləyə yeni - 139-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin qaydalarının pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur.

Eyni əməllər insan ölümünə və digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq qərara alınır.

Müzakirələr zamanı Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədrləri Əhliman Əmiraslanov, Zahid Oruc, Qənirə Paşayeva, deputatlardan Rəşad Mahmudov, Hikmət Məmmədov, Jalə Əliyeva ölkəmizdə koronavirusla bağlı mübarizə işini təqdir etdilər. Çıxışlarda qeyd olundu ki, ölkəmizdə bu təhlükəli virus ilə mübarizə aparmaq üçün genişmiqyaslı və yüksək səviyyəli tədbirlər həyata keçirilir. Bu məsələdə vətəndaşların üzərinə də böyük məsuliyyət düşür.

Çıxışlardan sonra hər iki qanun layihəsi təsdiq olundu.


Özəl tibb müəssisələrində yoxlamalar bərpa olunur


"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Bildirdi ki, bu qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, respublikamızda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar da əlavə olunur. Bununla da müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində yoxlamaların aparılmasına hüquqi əsaslar yaranır.

Qanuna dəyişiklik özəl tibb fəaliyyəti subyektləri tərəfindən səhiyyə qanunvericiliyinə əməl olunmasına nəzarətin gücləndirilməsinə, onların fəaliyyətinin səmərliliyinin yüksəldilməsinə xidmət edir. Bununla da əhalinin sağlamlığının özəl tibb fəaliyyəti subyektləri tərəfindən daha keyfiyyətli qorunmasına nail olunacaq.

Deputatlardan Əli Məsimli, Naqif Həmzəyev, İlham Məmmədov, Razi Nurullayev və Nigar Arpadarai qanun layihəsinə münasibət bildirdilər.

Qanun layihəsi təsdiq olundu.


Dezinformasiyanın qarşısının alınmasının hüquqi əsasları gücləndirilir


İclasda son olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olundu. Layihə ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verdi. Qeyd edildi ki, qanun layihəsinin məqsədi kiberməkanda cəmiyyətin maraqlarına zidd materialların, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş məlumatların yayılmasının, ictimaiyyətə dezinformasiya verilməsi hallarının artmasının qarşısının alınmasıdır. Layihə üzrə hüquqi tənzimləmə predmeti insan həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, maliyyə, rabitə, nəqliyyat, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükənin baş verməsinə səbəb olan yalan məlumatların yayılmasının qarşısının alınması üçün əsasların yaradılmasıdır.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Qənirə Paşayeva, Hicran Hüseynova, Tahir Mirkişili, deputatlardan Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Musa Qasımlı, Erkin Qədirli, Arzu Nağıyev, Fəzail Ağamalı layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda qanun layihəsi təsdiq edildi.

Sonda Milli Məcilisin Sədri Sahibə Qafarova müzakirələrin səmərəli keçdiyini bildirdi. Spiker qarşıdan gələn Novruz bayramı münasibətilə deputatları və media nümayəndələrini təbrik etdi.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM