Alternative content

21:35 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
20:47 31.03.2020 Müdriklik və böyüklük
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya koronavirus bəlası qarşısında hələ də acizdir
Dünya koronavirus bəlası qarşısında hələ də acizdir
ANA SƏHİFƏ / Səhiyyə
01:26 18.03.2020


Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirləri virusun kütləvi epidemiyaya çevrilməsinin qarşısını almaqdadır


Dünyanı cənginə alan koronavirusun əhatə dairəsi böyüməkdə davam edir. Müxtəlif ölkələrdə hər gün xəstəliyə yeni yoluxma halları, ölüm faktları qeydə alınır.

Maraqlıdır ki, müasir texnologiyalar, innovativ yeniliklərlə süni intellekt formalaşdıran, yəni sürətlə inkişaf etməkdə olan elm və texnologiya əsrinin insanı bu virus qarşısında hələ də aciz durumdadır. Prosesin belə davam etməsi əlbəttə ki, koronavirusun qlobal pandemiyaya çevrilməsinə real zəmin yaradıb.


Dövlət bütün mümkün qabaqlayıcı və operativ tədbirləri həyata keçirir


Hər gün Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatlara əsasən demək olar ki, xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Dünyada, ayrı-ayrı ölkələrdə ümumi mənzərəyə nəzər yetirsək acınacaqlı durumun şahidi olarıq. Avropa hazırda dünyada koronavirus pandemiyasının ən ağır şəkildə təzahür etdiyi regiondur. Avropada Çin istisna olmaqla dünyanın bütün digər ölkələrindən daha çox yoluxma və ölüm halı qeydə alınıb. Epidemiyanın Çində pik dövrü ilə müqayisədə Avropada hər gün daha çox yoluxma halı baş verir. Dövlətlərin sərhədləri bağlanıb, bütün hava uçuşları dayandırılıb.

Ancaq koronavirusun yayılmaması üçün hansı ölkələr ki, səmərəli qabaqlayıcı tədbirlər görür, orada vəziyyət qənaətbəxşdir. Belə ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdəki bugünkü durum göstərir ki, dövlət bütün mümkün qabaqlayıcı və operativ tədbirləri həyata keçirir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq. İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.

Lakin nəzərə almaq lazımdır ki, hansısa bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır.

Hələ ki, ölkəmizdə tətbiq olunan sosial izolyasiya tədbirlərinə əsasən bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, əvvəlcədən təyin olunmuş tədbirlərin isə tarixi dəyişdirilib. Kino, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Toy məclislərinin keçirilməsi qadağan edilib. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi də qadağan olunub. Restoran və kafelərdə iş rejimi axşam saat 21:00-dək müəyyən edilib və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.


Azərbaycanda vəziyyət bir sıra ölkələrdəki kimi təhlükəli deyil


Göründüyü kimi, dövlət lazımi tədbirləri həyata keçirməkdədir. Bu tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Ona görə də deyə bilərik ki, koronavirusla bağlı Azərbaycandakı vəziyyət bir sıra ölkələrdəki kimi təhlükəli deyil.

Əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargah gündə bir neçə dəfə mövcud vəziyyətlə və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir.

Onu da əlavə edək ki, virusa yoluxmamaq üçün qorunmaq əsasən insanların üzərinə düşür. Çünki bu epidemiyanın iki subyekti var - virus və vətəndaş. Mübarizə insanla virus arasında gedir və hansı qalib gəlsə məğlub olanı məhv edir. Bu savaşda görülən bütün inzibati-administrativ tədbirlər insana kömək etmək üçündür. Yoluxmamaq üçün tədbirlər, qorunmaq və ailəni xilas etmək vətəndaşın başlıca vəzifəsidir. Yəni hərə öz üzərinə düşən vəzifəni və məsuliyyəti lazımınca dərk edib, layiqincə yerinə yetirsə nə cəmiyyətimizi, nə vətəndaşımızı, nə dövləti heç bir təhlükə gözləməz.

Azərbaycan müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədir. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, onların problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. Özü də bilmədən virusu öz ailə üzvləri və qohum-əqrəbasına keçirə bilər, xüsusilə ahıl yaşda olan ata-anaları və baba-nənələrini ölüm təhlükəsinə ata bilər.

Nəzərə almaq lazımdır ki, yaşlı insanlar virusun təsirinə daha tez məruz qalırlar. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir.

Virusa yoluxmamaq üçün tələb olunan qaydalara gəlincə isə qeyd edilir ki, vətəndaşlar əsasən evdə olmalı, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməməli, ictimai nəqliyyatdan istifadə, mağazalarda alış-veriş edərkən daha etibarlı qorunmalıdırlar. İctimai nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.

Operativ Qərargahın yaydığı məlumatda qeyd edilir ki, hazırda xarici ölkələrdən qayıdan vətəndaşlarımızın karantinə yerləşdirilməsi üçün əlavə yerlər hazırlanır. Dövlətin bu qabaqlayıcı tədbirlərinə, görülən işlərə baxmayaraq bəzi insanlar cəmiyyətdə panika yaratmaq üçün çirkin əməllərə əl atırlar. Sosial şəbəkələrdə yaydıqları yalan məlumatlarla ajiotaj yaratmağa çalışırlar.

Respublika Prokurorluğu xəbərdarlıq edib ki, cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək.

Bir sözlə, dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM