Alternative content

19:50 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan koronavirusla mübarizədə səmərəli tədbirlər həyata keçirir
Azərbaycan koronavirusla mübarizədə səmərəli tədbirlər həyata keçirir
ANA SƏHİFƏ / Səhiyyə
01:12 18.03.2020


Koronavirusun dünyada geniş yayılması, Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən infeksiyanın qlobal pandemiya elan olunması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib. Bir ay müddətində kütləvi tədbirlərin, toyların təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması, onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.


TƏBİB: "Bu gün vəziyyət tam nəzarət altındadır”


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyinin ciddi nəzarət altında olduğunu qeyd edib. O, Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. Hazırda karantində 560 nəfər var. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır. Ümumilikdə isə 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıblar. Bu günə qədər isə 4200-ə qədər müayinə aparılıb.

TƏBİB-in İdarə Heyətinin sədri Azərbaycanın koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malik olduğunu vurğulayıb: "Azərbaycan diaqnostik kitləri əldə edən ilk dövlətlərdən biridir. Bundan başqa, biz müasir tələblərə uyğun tam avtomatlaşdırılmış laboratoriyaların qurulması ilə məşğul olduq. Bu laboratoriyalarda gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik.

TƏBİB-in tabeliyində olan 3 mindən çox tibb müəssisəsi tam səfərbər olunmuş vəziyyətdədir. Regionlarımızın əksəriyyətində müasir tibb mərkəzləri və infrastruktur var. Xəstələr daxil olan gün müayinə materialı götürülür, xəstəlik aşkar olunan şəxs xüsusi tibb mərkəzində izolyasiya edilir və müalicəyə alınır, digərlərinin isə müşahidəsi davam etdirilir. Əgər 7-ci gün testin nəticəsi neqativ olarsa, o zaman evə buraxılırlar. Karantində saxlanılma müddəti 14-21 gün davam etdirilə bilər. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaradılıb. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir. Digər ölkələrdən gələnlər isə

TƏBİB-in tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa, karantinə göndərilir. Simptomları yoxdursa, onlara bukletlər təqdim olunur və evə göndərilirlər”.

R,Bayramlı deyib ki, sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilir: "Biz iki istiqamətdə iş aparırıq. Bütün poliklinikalarda "qaynar xətlər” ayrılıb. Dövlət Sərhəd Xidməti sərhədi keçmiş şəxslərin siyahısını elektron formada bizə göndərir. Lazımi tədbirlər görülür. Biz bu insanların vəziyyəti barədə daim məlumat alırıq. Bütün bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Statistik göstəricilərdə artım yoxdur. Bu, onu göstərir ki, bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır”.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, bu, vəziyyətdən asılıdır: "Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda durum elə deyil. Bizdə koronavirusla bağlı intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki məlumatına görə isə, Azərbaycanda 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Dünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırır.


İşdə bu şəxslərə güzəşt olunacaq


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:

1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyət dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1. qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.2. yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3. vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4. vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5. mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6. göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.


Dünya koronavirusla mübarizədə


Təəssüf ki, dünyada koronavirusa yoluxanların sayı durmadan artmaqdadır. Odur ki, ölkələr epidemiya ilə mübarizə aparmağa davam edir. Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla bağlı (COVID-19) martın 17-nə olan vəziyyəti açıqlayıb. Son statistikaya görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 162 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 182742 nəfər yoluxub (290 yeni yoluxma), 7174 nəfər ölüb, 79883 nəfər isə sağalıb (1 300 yeni sağalanlar).

Çində yeni tip koronavirusa yoluxanların sayı 81117, bu virus səbəbindən ölənlərin sayı isə 3231 nəfərə çatıb. Ötən sutka ərzində 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Xubey vilayətində baş verib. Çin həkimləri indiyədək 68679 nəfəri sağalda biliblər. Hazırda Çin üzrə 2830 xəstənin vəziyyəti kritikdir.

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 84 nəfər artıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 8320 nəfərə çatıb, virusdan 82 nəfər ölüb.

Cənubi Koreya həkimlərinin məlumatına görə, xəstəxanalarda 264 pasiyent sağalaraq evə buraxılıb.

Kanadada son sutkada 100-dən çox virusa yoluxma faktı qeydə alınıb. Hökumətin məlumatına əsasən, nəticədə koronavirus daşıyıcılarının sayı 424 nəfərə çatıb. Ən çox yoluxma halı Ontario inzibati mərkəzində qeydə alınıb - 117 nəfər.

İsveçrə hakimiyyəti aprelin 19-dək ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib. Ölkədə bütün ictimai və özəl tədbirlərə qadağa qoyulub. Bir sıra mağaza və apteklər istisna olmaqla bütün iaşə müəssisələri bağlanıb. Bundan əlavə, qonşu ölkələrlə - Almaniya, Fransa və Avstriya ilə sərhədlərdə nəzarətin gücləndiriləcəyi bildirilib. Əvvəllər bu cür nəzarət yalnız İtaliya ilə sərhəddə tətbiq edilirdi.

Son məlumatlara görə, artıq İsveçrədə 2200 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Şənbə günündən bəri 800-dən çox virusa yoluxma təsdiqlənib. Bu günə qədər ölənlərin sayı 18-ə çatıb.

Koronavirusla əlaqədar 640 Özbəkistan vətəndaşı xəstəxana şəraitində, 5 min 600 nəfər isə ev karantinindədir. Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov "Uzbekistan 24” kanalına müsahibəsində bildirib ki, ölkədə 8 nəfərdə koronavirus aşkarlanıb, onların vəziyyəti sabitdir, xəstəliyin aqressivləşməsi qeydə alınmayıb.

Ə.Şadmanov vurğulayıb ki, Özbəkistan hakimiyyəti koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirləri görür. Ölkədə karantin elan olunması ilə əlaqədar Özbəkistan xarici ölkələrlə aviasiya və avtomobil yolunu tam bağlayıb, məktəb, universitet və uşaq bağçalarının fəaliyyəti dayandırılıb, xarici turistlərin ölkəyə gəlməsinə qadağa qoyulub.

Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfərə çatıb.

ABŞ-da da vəziyyət ürəkaçan deyil. Belə ki, yeni tip koronavirus (COVID-19) 85 nəfərin ölümünə səbəb olub. Yoluxma sayı 4600 nəfəri ötüb. Bu da öz növbəsində son üç gündə iki dəfə artım deməkdir. Ağ ev 15 gün ərzində əhaliyə evdən çıxmamaqla bağlı çağırış edib. Təkcə 13 milyondan çox əhalisi olan Los-Anceles və San-Diyeqo şəhərlərində bütün restoranlar fəaliyyətlərini dayandırıb.

Birləşmiş Ştatların qonşusu Meksikada da vəziyyət gərginləşməyə başlayıb. Belə ki, bir gündə 29 yeni yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə naziri Rikardo Kortes bildirib ki, hazırda ölkədə 82 nəfər koronavirus daşıyıcısıdır.

Türkiyədə yeni koronavirus infeksiyasına yoluxanların sayı 47-yə çatıb. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca özünün "Twitter” səhifəsində yazıb ki, daha 29 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib: "Onların bəzisi ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar. Üç nəfər Səudiyyə Ərəbistanında olan vətəndaşdır. Xaricdən yoluxma riski yüksək olaraq qalır”.

Pakistanda koronavirusa yoluxan şəxs ölüb. Hadisə Pəncab əyalətinin mərkəzi şəhəri Lahorda qeydə alınıb. Bu, ölkədə koronavirusdan qeydə alınan ilk ölümdür. Pakistanda virus indiyədək 184 nəfərdə qeydə alınıb. Onlardan ikisi sağalıb.

Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb. Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.

İtaliyada isə koronavirus qurbanlarının sayı 2158-ə çatıb. Son sutka ərzində İtaliyada 349 nəfər koronavirusdan dünyasını dəyişib.

Rusiyada yoluxanların sayı bir gündə 30 nəfər artaraq 93 nəfərə çatıb. 93 nəfərdən 4-ü sağalaraq xəstəxanadan evə buraxılıb. Daha 79 adam xəstəxanadadır, onlardan 57-nin xəstəliyi yüngül formada keçir.

Gürcüstanda virusa yoluxanların sayı 35 nəfərə çatıb. Koronavirus şübhəsi ilə karantinə alınan şəxslərin sayı 1008-ə çatıb. Daha əvvəlki məlumata əsasən, gün ərzində karantinə alınanların sayı 637 nəfər idi. Gürcüstan hökuməti əcnəbi vətəndaşların ölkə ərazisinə girişinə qadağa qoyub. Qadağa 18 mart saat 00:00-dan tətbiq ediləcək.

Dünən yerli vaxtla saat 12:00-dan etibarən Avropa İttifaqı da sərhədlərini bağlayıb. Bunu Fransa Prezidenti Emmanuel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciətində deyib. O, Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib. Belə ki, Şengen dövlətləri sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayacaq və gəliş-gedişlər dayandırılacaq.

E.Makron bildirib ki, Avropa İttifaqı dövlətlərindən olmayan xarici ölkə vətəndaşlarının isə öz ölkələrinə qayıtması üçün lazımi şərait yaradılacaq.


"Test edin, test edin, test edin!”


Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə koronavirus pandemiyasını dövrümüzün ən böyük səhiyyə böhranı adlandırıb. DST rəhbərinə görə, koronavirusa qarşı mübarizədə müayinə və testlərin sayı artırılmalıdır: "Bizim çağırışımız çox sadədir: Test edin, test edin, test edin! Gözləri bağlı halda alova qarşı mübarizə aparmaq mümkün deyil”.

DST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test və müayinələrlə yanaşı, yoluxanların və onlarla təmasda olan şəxslərin ciddi şəkildə cəmiyyətdən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ iki həftə boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində karantində olan şəxslər və onların yaxınları ehtiyat tədbirləri görməli, qaydalara ciddi riayət etməlidirlər.

Buna görə də DST ötən dövr ərzində dünyanın 120 ölkəsinə 1,5 milyon test göndərib. O, pandemiyanın iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrə daha ağır zərbə vura biləcəyindən narahatlığını da ifadə edib.


İlk peyvənd sınaqdan keçirildi


Dünən ABŞ-da yeni növ koronavirusa qarşı peyvəndin ilk sınağı keçirilib. ABŞ-da hazırlanan peyvəndin sınağı Vaşinqton ştatında 4 nəfər üzərində test edilib. Test olunanların adları açıqlanmayıb. Onlardan biri 43 yaşlı, 2 uşaq anasıdır. Qarşıdakı günlərdə sağlam 45 nəfərin könüllü şəkildə sınaqlara cəlb olunacağı vurğulanıb. Nəticə müsbət olarsa, peyvənd 12-18 ay müddətində insanların istifadəsinə verilə bilər.

ABŞ Prezidenti Donald Tramp vaksinin sınaqdan keçirilməsini belə dəyərləndirib: "Bu, tarixdə ən sürətlə hazırlanan vaksinlərdən biridir. Yaxşı iş görə bilsək, mütəxəssislər iyul və ya avqusta qədər koronavirusun yayılmasının qarşısını ala biləcəyimizi deyirlər”.

ABŞ Prezidenti Donald Tramp Ağ evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında ölkə vətəndaşlarını bar, kafe və restoranlara getməməyə, habelə zərurət yaranmadığı halda səyahət etməməyə çağırıb.


Gömrük Komitəsi bir neçə ölkədən gediş-gəlişə qadağa qoyub


Koronavirus infeksiyasının (COVID-19) sürətlə yayılması heç bir dövlət tərəfindən gizlədilmir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Əksər ölkələr fövqəladə rejimə keçir, hava uçuşlarını dayandırır, sərhədləri bağlayır. Azərbaycanda da öz növbəsində bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Martın 18-dən bu məhdudiyyətlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında qeyd olunub ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.

Virusun geniş yayıldığı İran İslam Respublikasından Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır. Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir.

Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.

"Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır. Xarici ticarət iştirakçılarının diqqətinə onu da çatdırırıq ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.


Panikaya yol verməyin, ehtiyatı isə əldən buraxmayın


Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST-nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Lakin nəzərə almaq lazımdır ki, təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti ilə iş bitmir. Ayrı-ayrılıqda hər bir şəxsin üzərinə sosial məsuliyyət düşür. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına qeyd-şərtsiz əməl etmək, tətbiq olunan qaydalara riayət etmək təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Hər kəs anlamalıdır ki, tətbiq olunan qaydalar ilk növbədə onun, ailəsinin və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin etmək məqsədi daşıyan müvəqqəti və məcburi addımlardır. Odur ki, hamı qaydalara dözümlü və anlayışla yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Məsələyə ciddi yanaşmaq, panikaya yol verməmək lazımdır. Lakin ehtiyatı da əldən buraxmaq olmaz. Dünyanı vahimə içərisində saxlayan koronavirusun müalicəsi, təbii ki, onun profilaktikasından başlayır. Hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etməsi olduqca vacibdir. Mütəxəssislər də bildirir ki, xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək vacibdir. Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM