17 Mart 2020 14:28
604
İQTİSADİYYAT
A- A+

Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir

Rusiya Azərbaycanla helikopterlərin satın alınması ilə bağlı məsələni müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə "İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib. Onun sözlərinə görə, yaxın qonşularla hərbi-texniki əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir. Bu portfelin MDB ölkələri ilə əməkdaşlıq üzrə dəyəri təxminən 2 milyard dollar həcmindədir.

Ölkəmizlə əməkdaşlığın davam etdiyini bildirən nazirliyin rəhbəri əlavə edib ki, Azərbaycanla işbirliyi əsasən satışdan sonrakı xidmətin, quru qoşunlarının texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsindən olan helikopter texnikasının təmiri mərkəzinin yaradılmasına yönəlib. Bununla yanaşı, . son məhsulun satılmasına dair məsələ müzakirə olunur.

D. Şuqayev onu da xatırladıb ki, indi gündəmdə Türkiyəyə əlavə S-400 zenit-raket kompleksi partiyasının satılması dayanır. Hazırda sistemin tərkibi, çatdırılma müddəti və digər şərtlər razılaşdırılır. Həmçinin Türkiyə tərəfinin istehsal prosesində müəyyən iştirakı nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video